Polislər qışda maşın əvəzinə maral minəcək - FOTO

Rusiya Daxili İşlər Nazirliyi ölkənin şimal rayonlarında çalışan polis əməkdaşları üçün qeyri adi minik növü müəyyənləşdirib. Polis nişanlı şimal maralları artıq rəsmi olaraq soyuq bölgədə asayiş qoruyucularının miniyi kimi qeydə alınıb. Yeni qərardan polis əməkdaşları da razıdırlar. Onların fikirincə marallarla tundrada gizlənən cinayətkarları saxlamaq asan olacaq. Anspress dünyanın müxtəlif ölkələrində polis üçün ayrılan qeyri adi xüsusi minik vasitələrini təqdim edir.
Son zamanlarda Dubay polisi patrullar üçün ən bahalı avtoparka sahib olub. Ayrılan avtomobillərin ümumi qiyməti 15 milyon dollar yaxındır. Asayiş qoruyucularının fikrincə maşınların təkcə görünüşü sürət pozanları qorxuya salacaq. Sporkarın sükan arxasına oturmağı isə Dubay polisinin çoxunun arzusudur. Zabitlər arasında ciddi seçim aparılır. Bir yer üçün 100 nəfər namizəd var.
Belarus yollarında polisinin köməyinə traktor çatır. Traktordan əlavə Belarus polisi skuterlərdən də istifadə edir. Skuterlərin əsas özəlliyi məxsusi nəqliyyata bağlı sahələrdə çevik olmasıdır.
İngiltərədə atlı polisdən əsasən futbol oyunları və stadion konsertlərində istifadə edilir
Səhrada əməliyyat zamanı Misir polisinin köməyinə təkhürgəcli dəvələr gəlir
Amerika velopolislərindən əməllibaşlı serial çəkiblər. Lakin asayiş qoruyucuları təkcə ABŞ yox, Hollandiya, Yaponiya və Seyşel adalarında da velosipeddən istifadə edirlər.
Daha manevrli vəsait isə roliklərdir. Ondan bir çox ölkələrdə istifadə olunur. Şəkildəkilər isə Fransa polisidirlər.
Portuqaliya, ABŞ, Türkiyə, Almaniya və digər ölkələrdə polis seqveylərdən də istifadə edir. Bu minik vasitəsi də manevrli cəld fəaliyyəti təmin edir.
Avstraliya asayiş qoruyucuları su hövzəsini hidrosikllərlə patrul edir. Akvabaykların özəlliyi ondadır ki, onlarla sahilə yaxınlaşmaq olur. Böyük katerlərlə isə sahildən 10-15 metr aralıda qalmaq məcburiyyətindəsən.
Göründüyü kimi, şimal üçün marallar yenilik deyil. Finlandiya polisi maralın bölgə üçün üstünlüklərindən çoxdan istifadə edir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO





















