Polşada sərxoş kişi sürücülük imtahanı vermək istəyib

Polşanın Sileziya voyevodalığının Çestoxova şəhərində kişi sərxoş halda sürücülük imtahanı vermək istəyib.
Bu barədə Report “RAR” agentliyinə istinadən xəbər verir.
İmtahanı qəbul edən qadın nəqliyyat vasitəsində əyləşən 31 yaşlı kişinin böyük ehtimalla sərxoş olmasından şübhələnib. Nəticədə kişi imtahana buraxılmayıb və hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Polis əməkdaşları sürücünün bədənində spirt olub-olmadığını yoxlayıblar. Göstərici 2,5 promil spirt (təxminən bir şüşə araq - red.) olub.
Maraqlıdır ki, bu, kişinin praktiki sürücülük imtahanından keçmək üçün yeddinci cəhdi olub. O, etiraf edib ki, əvvəlki imtahanları stress səbəbindən uğursuz olub, buna görə də “cəsarət üçün” spirtli içki qəbul etməyə qərar verib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












