Prezidentlərin maşınları - FOTO

Türkiyəyə səfəri ərəfəsində Roma Papasının maşın istəyi dünya liderlərinin avtomobillərini yenidən gündəmə gətirdi. Adətən liderlər zirehli,lüks, dəbdəbəli maşınlara üstünlük versələr də Vatikan rəhbəri lüks maşın yerinə sadə “Renault Symbol” istəmişdi. Avtosfer.az anspress-ə istinadən dünya liderlərinin istifadə etdiyi maşınları təqdim edir.
Papa Françesko Vatikanda “Fiat Albea” markalı maşından istifadə edir.
ABŞ prezidenti Barak Obamanın xidməti maşını “Cadillac One”dır.
Almaniya kansleri alman markası olan “Audi”yə üstünlük verir.
İngiltərənin baş naziri Devid Kameron isə “Jaguar"dır. Xidməti maşının dəqiq modeli “Jaguar XJ”dir.
İngiltərə kraliçası II Yelizavetta yerli istehsal olan və onun üçün özəl hazırlanan “Bentley”də gəzir.
Fransa prezidenti Fransua Olland xidməti maşın kimi öz ölkəsində istehsal edilən “Citroen DS5 Hybrid4”dən istifadə edir.
Rusiyanın dünyanın diqqətindən prezidenti Vladimir Putin zirehli “Mercedes Benz S” maşınının xidmətindən yararlanır.
Çin dövlət başçısı Şi Cinping Çin istehsalı olan “Hongqi” ilə səfərlərini yerinə yetirir. Yaponiya İmperatoru Akihitonun istifadə etdiyi maşın “Toyota Century Royal”dır.
Ən sadə prezident maşını isə Uruqvay liderinindir. Jose Mujica 1987-ci ildə istehsal edilən mavi “Vosvos”undan əl çəkmir. Onun maşınını ərəb şeyxlərindən biri 1 milyon dollara almaq istəsə də, prezident qədim dostunu satmayıb.
Ən dəbdəbəli maşınlardan biri də Bruney sultanına məxsusdur. Hassanal Bolkiah xüsusi olaraq ona hazırlanan qızıl örtüklü və işləməli “Rolls Royce”dən istifadə edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istifadə etdiyi xidməti maşın isə “Mercedes S600 Long”.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO

























