"Prius" sürücüsündən nümunəvi hərəkət - Bakıda bu da baş verdi - VİDEO

Bakıda “Toyota Prius” markalı avtomobilin sürücüsünün nümünəvi hərəkəti görüntülənib.
Avtosfer.az xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə yayılıb. Belə ki, svetoforun qırmızı işığında avtomobillər dayanır. Bu zaman yolun qırağındakı fiziki qüsurlu şəxs yerə dağılmış, hətta bir neçəsinin svetoforda dayanmış avtomobilin təkərinin altında qalmış pullarını yığmağa çalışır. “Toyota Prius” markalı 77-BK-680 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü buna biganə qalmır və qaçaraq əlil şəxsə yaxınlaşır. Yerə dağılmış pulları yerdən yığıb əlil arabasındakı şəxsə verdikdən sonra avtomobilinə qayıdıb yoluna davam edir.
Sürücü bu hərəkəti ilə o, örnək davranış sərgiləyir. Videoda əks olunduğu kimi ərazidə çoxlu avtomobil dayanmasına baxmayaraq təkcə həmin sürücünün köməyə getməsi ordakı sürücülərə həm nümunəvi, həm də ibrətamiz dərs olur.
Görüntülərdən sonra F.M. Dostoyevskinin “Dünyanı gözəllik xilas edəcək” deyimi yada düşür ki, bu ifadənin nə qədər real olduğu aydın anlaşlır. Bütün sürücülər belə anlayışlı və vicdanlı olsaydı avtomobil yollarındakı vəziyyət tam fərqli olardı.
Məhəbbət Tərlanoğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












