Pula qənaət etmək üçün kruiz gəmisində yaşayır - FOTO
Amerikalı Ryan Gutridge ev kirayəsindən daha ucuz olduğunu iddia edərək, bir kruiz gəmisində yaşayır.
Avtosfer.az xəbər verir ki, bu barədə "İnsider" məlumat yayıb.
Adam İT sahəsində mühəndis kimi işləyir və 2021-ci ildə uzaqdan işləməyə başlayıb. Pandemiya zamanı onun komandası uzaqdan işləyə və lazım olan məlumatı istənilən yerdən əldə edə bilib.
O zaman kruiz gəmiləri şirkətləri gəmilərin nə vaxt xidmətə qayıdacağı barədə açıqlama vermirdilər. Bununla belə, Ryan Gutridge qısa bir müddət kruiz gəmisində yaşamağa qərar verib.
O, belə şəraitdə işləməyə cəhd etmək istəyirdi. Bunun üçün Wi-Fi və ciddi təhlükəsizlik tədbirlərinə riayət etməli idi. Artıq 2021-ci ilin yayında o, kruiz sifariş edib və sentyabr ayında yola düşüb.

İlk təəssürat çox müsbət idi, lakin amerikalıya köçəri olmaqdan əvvəl bir neçə uğurlu nümunə lazım idi. O, müəyyən hesablamalar apardıqdan sonra belə qənaətə gəlib ki, dənizin ortasında kruiz gəmisində 300 gecə yaşamaq mənzil kirayəsi ilə bərabər olacaq.
Üstəlik, kruiz gəmilərinin pulsuz internet və pulsuz içkilər də daxil olmaqla bir sıra mühüm üstünlükləri var. Bu, Ryana evdə olarkən istifadə etməli olduğu xidmətlərə qənaət etməyə imkan verib.
Onun bütün xərcləri avtomatik qeyd etmək üçün xüsusi cədvəli var və o, hər il büdcə də tərtib edir. Bu il Ryan Gutridgenin büdcəsi təxminən 30.000 dollar idi.
“Keçən il, həqiqətən rəqəmlərə və gəmidə 300 gecə qalmaq üçün nə qədər ödədiyimə baxanda gördüm ki, bu, mənzil kirayəsi və kommunala ödədiyimdən demək olar ki, ucuzdur. Florida ştatının Fort Lauderdale şəhərindəyəm”, deyə o bildirib.
Lent.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












