Qablaşdırmadakı səhv necə marketinq fürsətinə çevrildi?

Brendlər öz sloqanları ilə yadda qalır. Buna görə də güclü sloqan tapmaq marketinq strategiyalarının mühüm mərhələsidir. Digər tərəfdən məhsul,istehsal, marketinq və ya paylama mərhələsində yaşanan fasilələrdən yaranan böhranın qiyməti marka üçün ağır ola bilər. Belə ki, sözügedən böhran qablaşdırmanın üzərində çap olunan sloqan hərf səhvidirsə, brend bunu necə fürsətə çevirə bilər?
Sosial media sayəsində hədəfi auditoriyaya tez çatdırmaq və rəy almaq belə böhranların qarşısını almağa kömək edir. Heineken brendlərindən olan "Tres Crues" Peruda yazı səhvi olan bir sloqanla "Tres Cruces Light"ı bazara çıxardıqdan sonra, sosial medianın gücündən istifadə edərək böhranı fürsətə çevirdi.
Səhv üçün mükafat vədi
"Tres Cruces Light"ın daha yüngül versiyasını təqdim etmək üçün hazırlıqlar 2021-ci ilin birinci rübündə başladı. “Disfrute” (ləzzət al) şüarı ilə fəaliyyətə başlayan brend bu şüarı içkinin qablaşdırılmasına da daşıyıb. Bununla belə, bütün ölkə üzrə təchizatçılara 300 000 qutu göndərildikdən sonra qablaşdırmanın üzərindəki Disfrute sözündə çatışmayan “S” hərfi diqqət çəkib. Brend məhsulu bazardan geri çəkmək əvəzinə, şüarı səhv yazılmış qutu tapan müştərilərinə müxtəlif mükafatlar vəd edib.
Rəylərin 90%-i müsbət olub
Kampaniyanın təşviqi Buenos-Ayresdəki Do Agentliyi tərəfindən hazırlanmış əyləncəli onlayn videoda təbliğ edildi, burada brend kredit götürdü, müsabiqənin necə işlədiyini izah etdi və qazanıla biləcək mükafatları qeyd etdi.Agentliyin paylaşdığı kompaniya nəticələrinə görə, "Tres Cruces Light" ayda 100.000 hektolitr içki satıb. Bu nisbət brendin adətən bir il ərzində satacağı məbləğə bərabərdir. Bundan başqa, videosu 24 milyon baxış toplayan kompaniyanın sosial şəbəkələrdəki reaksiyalarının 90 faizi müsbət olmuşdur.
© Facemark
Kirayə haqqını ödəməmək üçün maşınında yaşayır: Nə qədər pul xərcləyir? - VİDEO
Rusiya-Gürcüstan sərhədindəki avtomobillər “metalloma” göndərilir
Detektorla qədim dəfinə tapıldı - FOTO
Almaniyanı qarışdıran Zeynəb kimdir? - ŞOK FAKTLAR - FOTO
Qaradağ rayonunda vulkan püskürüb - VİDEO
Sürücülük imtahanında 138 dəfə kəsildi; səbəbi isə illər sonra məlum oldu
Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR?
Bakıda ev qiymətinə “07” satılır – FOTOLAR
Gəncə, Şəki, Göygöl... Bu şəhərlərin əvvəlki adları belə olub
Uşaqların ürəkdən himn oxuması pilotlarda gülüş yaratdı - VİDEO
Sumqayıt istiqamətində hərəkət edən sərnişinlər üçün YENİLİK











