Qadın 1969-cu ildə göndərilən sirli açıqca aldı

Amerikanın Men ştatının Portlend şəhərinin sakini 1969-cu ildə Parisdən göndərilən sirli açıqca alıb. Avtosfer.az bildirir ki, bu barədə Bangor Daily News xəbər verir.
Jessica Means 17 ildir öz evində yaşayır. Bu yaxınlarda qadın poçt qutusunda cırıq açıqca tapıb və mesajın yanlış ünvana çatdırıldığını və qonşularından biri üçün nəzərdə tutulduğunu zənn edib. Daha sonra amerikalı anlayıb ki, açıqca 54 il əvvəl göndərilib və onun evinin ilk sahiblərinə - Rene Qaqnon və həyat yoldaşına ünvanlanıb. Məktubun sahibi 1988-ci ildə dünyasını dəyişib.
"Əziz uşaqlar! Siz bu kartı alana qədər mən çoxdan evdə olacam, amma indi olduğum Eyfel qülləsindən onu sizə göndərmək düzgün görünür. Çox şey görmək imkanım yoxdur, amma yaxşı vaxt keçirirəm”, - mesajda deyilir.
Arxivlərdə tapılan məlumata görə, René Alberia Gagnon 27 iyul 1905-ci ildə Kvebekdə anadan olub. Gənc ikən o, ABŞ-a mühacirət edib və 1935-ci ildən 1940-cı ilə qədər onun avtosalonunun sahibi olduğu Nyu-Hempşir ştatının Berlin şəhərində məskunlaşıb. Açıqcanın Qaqnon qızlarından birinin əri Roy Salzman tərəfindən göndərildiyi güman edilir.
Leyla
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












