Qadın fizik sürətli kosmik mühərrik hazırladı: Saatda 1.8 milyon km sürət...

ABŞ-ın Prinston Plazma Fizika Laboratoriyasının alimi Fatima İbrahimi kosmik gəmilər üçün nəzərdə tutulmuş termonüvə mühərrikini hazırlayıb.
Avtosfer.az-ın xəbərinə görə, bu cür mühərrik vasitəsilə çalışan kosmik gəmi Mars ilə Yer kürəsi arasındakı 55 milyon km məsafəni 2 günə qətt edə bilər.
Fatima İbrahimi tərəfindən hazırlanmış mühərrik kosmik gəmini saatda 1.8 milyon km sürətə (saniyədə 500 km sürət) çatdıra bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, Voyager-1 kosmik aparatı saatda 62.000 km (saniyədə 17 km) sürətlə, Günəşdəki proseslərin araşdırılması üçün nəzərdə tutulmuş Parker Solar Probe adlı aparat isə saatda 700.000 km (saniyədə 194 km) sürətlə hərəkət edir.
Lakin Parker Solar Probe aparatı bu cür yüksək sürəti termonüvə mühərriki hesabına yox, qravitasiya manevrləri hesabına yığır.
Fatima İbrahimi tərəfindən hazırlanmış termonüvə mühərriki məhz termonüvə reaktoru prinsipi üzrə çalışır. Məhz termonüvə reaktorunun yaradılması üçün nəzərdə tutulmuş layihədə iştirak öz növbəsində alimi kosmik mühərriki hazırlamağa ilhamlandırıb. Məlumata əsasən mühərrikdə reaktiv itələmə qüvvəsini plazma və plazmoidlər (maqnit sahəsi daxilində mümkün qədər sabit halda tutula bilən plazma sahəsi) yaradırlar.

Bu cür obyektlər təkcə termonüvə reaktorlarında deyil, həmçinin Günəş atmosferində də əmələ gəlirlər. Lakin Günəş atmosferində həmin obyektlər daxildə yerləşirlər. İbrahimi tərəfindən hazırlanmış mühərrikdə isə bu obyektlər yüksək sürətlə xarici istiqamətə uçurlar.
Edilmiş hesablamalar əsasında məlum olub ki, plazma və plazmoidlərin çıxış sürətlərini saniyədə 20 km-dən 500 km-ə qədər olan sərhədlərdə dəyişmək mümkündür.
Bir qayda olaraq maqnit sahəsinin gərginliyini dəyişərək kosmik gəminin itələmə qüvvəsini də nizamlamaq olar.
Lent.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












