Qara dəlikdə səyahətin videosu yayıldı

Hər qalaktikanın mərkəzində superkütləvi qara dəlik var. Hətta işığın belə bu cazibə qüvvəsindən qaça bilməyəcəyi bir qara dəliyə düşsək nə olar? Qara dəliklərin cazibəsinə görə yoxa çıxmadığımız bir ssenaridə nə görərdik? NASA bu sualların cavabını çox möhtəşəm bir video ilə vizuallaşdırıb.
NASA-nın Goddard Kosmik Uçuş Mərkəzindən astrofizik Jeremy Schnittman-ın yaratdığı videoda işığın belə qravitasiya təsirindən qaça bilmədiyi qara dəliyin üfüq nöqtəsindən kənara keçdiyimiz zaman nələrin baş verəcəyi göstərilib. Nəticədə ortaya çıxan şəkillər həqiqətən də təsir edici və göz oxşayan alınıb.
Bu vizuallaşdırmalarda Schnittman, nisbiliyin nəzəri tərəfini müşahidə edilə bilən nəticələrlə açmaq istədiyini bildirib. Bu videoda 2 fərqli ssenari var. Ssenarilərdən birincisində qara dəliyin üfüq nöqtəsini keçərkən görünə biləcək hadisələr simulyasiya edilir. İkinci ssenaridə isə kamera birbaşa qara dəliyin mərkəzindən keçir. Beləliklə, kamera bizə məlum olmayan bu sirli kosmik quruluşda səyahət edir. Bir müddətdən sonra istiqamət və işıqların miqyasını qavrayış səviyyəmiz yox olur. Nəhayət, sonda isə kamera tamamilə qaranlığa qərq olur.
Dinamik simulyasiya videosuna ingilis dilində izahatlar da daxildir. Beləliklə, qara dəliyin üfüq nöqtəsi və foton kəməri kimi strukturlar izləyiciyə ötürülür. Daha çox əlçatanlıq üçün video 360 dərəcə bucağa malikdir və səma xəritəsini də özündə ehtiva edir. Onu da qeyd edək ki, Schnittman-ın alim Brian Powell ilə hazırladığı videoda NASA-nın Discover adlı superkompüterindən istifadə edilib. (technote.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












