Qatarın gözləmə zalına girdi – 1 qəzanın tarixçəsi - FOTO

Hindistanda dəmir yolu vağzalının gözləmə zalına girən qatar indi dünya mediasının əsas xəbərləri arasında yer alır. Lakin bu, dünyada baş verən ilk və tək analoji qəza deyil.
Avtosfer.az xəbər verir ki, belə bir qəza dəmir yolu tarixində ilk dəfə 22 oktyabr 1895-ci ildə Parisdə baş verib. O zaman qatar vağzalın ikinci mərtəbəsindən küçəyə düşmüşdü.
Qranvildən Parisin Monparnas vağzalına hərəkət edən parovoz üç yük vaqonu, bir poçt vaqonu və altı sərnişin vaqonunu dartırdı. Stansiyalardan birində 6 dəqiqə gecikən lokomotivin heyəti itirilmiş vaxtı kompensasiya etmək üçün sürəti artırır. Lakin stansiyaya girərkən sürəti 40 km/saatdan çox olan qatarı tormoz sistemi saxlaya bilmədi. Lokomotiv gözləmə zalını keçdi və zalın sonundakı qoruyucu beton səddi və divarı aşıraraq Renn küçəsinə düşdü. Parovoz küçəyə düşsə də, tender (kömür vaqonu) və bir vaqon havada asıllı qaldı. Hadisə nəticəsində küçədə tramvay gözləyən qadın həlak oldu. Qəzada iki sərnişin, yanğınsöndürən, iki mühafizəçi və küçədən keçən bir nəfər xəsarət aldı.
Təhqiqat zamanı heyət hava tormozunun işləmədiyini iddia etsə də, texniki ekspertiza əksini sübut etdi. Maşinist 50 frank, başqa bir işçi isə 25 frank cərimə ilə canlarını qurtardılar. Ölən qadının uşağına kompensasiya verildi.
ən maraqlı məsələ isə 50 tonluq lokomotivin qəza yerindən götürülməsi idi. Bunun üçün ərazi 1 həftə hərəkətə bağlandı. Lakin vağzal fəaliyyətini dayandırmadı. Hadisə yerinə çox sayda polis cəlb edilərək giriş qadağan edilsə də, qəzaya baxmaq istəyənlər maraqlı yol tapdılar: onlar yaxın məsafələrə bilet alaraq vağzala daxil olub qəzaya tamaşa edirdilər.
Hadisə həmin dövrdə dünya mediasının baş xəbəri oldu.
Vüqar Yaşaroğlu
Almaniyanı qarışdıran Zeynəb kimdir? - ŞOK FAKTLAR - FOTO
Qaradağ rayonunda vulkan püskürüb - VİDEO
Sürücülük imtahanında 138 dəfə kəsildi; səbəbi isə illər sonra məlum oldu
Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR?
Bakıda ev qiymətinə “07” satılır – FOTOLAR
Gəncə, Şəki, Göygöl... Bu şəhərlərin əvvəlki adları belə olub
Uşaqların ürəkdən himn oxuması pilotlarda gülüş yaratdı - VİDEO
Sumqayıt istiqamətində hərəkət edən sərnişinlər üçün YENİLİK
AZAL-ın bələdçisindən nümunəvi davranış: Sərnişinə belə kömək etdi – VİDEO
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
Yanacaq göstəricisindəki sirli oxun mənası nədir? - MARAQLI MƏLUMAT - FOTO

















