Qazpaylama qayışı problemi: hansı modelləri almaq məsləhət görülmür? - FOTO

Qazpaylama sistemi daxili yanma mühərrikinin vacib detalıdır. Son 80 ildə mühərrikdə gedən əsas dəyişikliilər elə bu sistemlə bağlıdır.
Lakin təəssüf ki, 80-ci illərdən etibarən qazpaylama zəncirinin qayışla əvəzlənməsi sistemi yüngülləşdirsə də, etibarlılığı azaltdı. Yüksək sürətlə hərəkət zamanı qazpaylama qayışının qırılması mühərrikin bütövlüklə sıradan çıxması ilə nəticələnir.
Avtosfer.az-ın autoplus.fr-ə istinadla xəbərinə görə, problemdən əsasən aşağı seqmentli və kiçik mühərrik həcmli avtomobillərin sürücüləri əziyyət çəkir. Problem heç də bütün modelləri əhatə etmir.
BMW-nin 2006-2012-ci illərdə istifadə etdiyi 1,6 litlik Turbo N14 benzin mühərriki qazpaylama qayışının qırılması ilə ad çıxarmışdı. Eyni mühərrikdən Mini, Peugeot, Citroen və Opel də istifadə edib.
Nasazlığın səbəbi tarımlayıcılar idi. Problem 2013-cü ildə bir çox detalın yenilənməsi ilə aradan qaldırıldı. BMW-nin 2007-2014-cü illərdə tətbiq etdiyi 2 litrlik N47 və 3 litrlik N57 modellərində də oxşar problemlər mövcuddur. Çıxış yolu qazpaylama mexanizmini daha yeni və sərt detallarla təmir etməkdir.
Jaguar və Land Roverin 2015-2019-cu ildəki modellərində geniş yayılmış 2 ltrlik İngenium dizel mühərriklərində də qazpaylama mexanizmi etibarsız olub. 2 qazpaylama valının olması mexanizmin həddən artıq yüklənməsinə və qırılmalara səbəb olur. Ən çox şikayət Range Rover Evoque modelindən gəlir.
Renault, Nissan və Mercedesin 2012-2019-cu illərdə istifadə etdiyi 1,2 litrlik TCe/DIG-T H5F benzin mühərriki isə avropalı sürücülər üçün ciddi problemə çevrilmişdi. Problemə səsəb kipliyin pozulması nəticəsində sistemdə yağlanma getməməsi idi. Yüksək sürtünməyə məruz qalan detallar qırılır və ya qızıb yararsız hala düşürdü.
Opelin 1,2 litrlik Twinport Ecotech motorlarında (2006-2015) nasazlığın səbəbi yönləndiricinin qırılmasıdır.
Stellantis qrupunun 2008-2014-cü illərdəki avtomobillərində1,3 litrlik multijet mühərrikində qazpaylama zəncirinin qırılması bütövlükdə mühərriki sıradan çıxarır.
Volkswagen qrupunun 1,2 və 1,4 litrlik TSI/TFSI EA211 mühərriklərində tarımlayıcının nasazlığına görə zəncir boşalır və qırılır. Bu da 2005-2013-cü il modelləri üçün xasdır. Eyni problem 2 litrlik Golf modellərindəki TSI EA113 mühərriklərində də problem yaradır. Lakin zəngir uzandığı üçün mühərrik soyuq vaxtı işə düşmür ki, bu da ciddi təmir xərcinin qarşısını alır.
Toyota Yarisdə 2005-2011-ci illərdə quraşdırılmış VVT-i 2NZ modellərində də qazpaylama qayışı etibarsızdır.
Qeyd edək ki, bu məqalə Avropada istismar edilən avtomobillər üzərində araşdırma ntəicəsində tərtib edilib. Azərbaycana da Avropadan çox sayda ikinci əl avtomobil ixrac edildiyindən yerli sürücülərin oxşar problemlə rastlaşması qaçınılmazdır.
Vüqar Yaşaroğlu
Dünyanın ilk qızılla örtülmüş küçəsi yaradılır - FOTOLAR
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO

















