Qeyri-adi nəqliyyat: Keçmiş SSRİ ərazisində funikulyorlar - FOTO

Keçmiş SSRİ ərazisində səkkiz funikulyor mövcud olub. 2024-cü ilin sentyabrında Rusiyanın Nijni Novqorod şəhərində ilk dəfə 1896-cı ildə açılan tarixi funikulyor yenidən fəaliyyətə başlayıb.
Bakı şəhərində yerləşən funikulyor Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. 1960-cı il mayın 5-də istifadəyə verilib. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib. Funikulyorda "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir.
Avtosfer.az postsovet məkanında yaradılan qeyri-adi nəqliyyat növünün fotolarını təqdim edir:

Fotoda: Kiyev funikulyoru, 1938-ci il

Fotoda: Litvanın Kaunas şəhərində funikulyor. Bura keçmiş SSRİ məkanında yeganə şəhərdir ki, iki funikulyor fəaliyyət göstərir: Aleksotas və Zaliakalnis.

Fotoda: Litvanın Kaunas şəhərində Aleksotas funikulyoru 1935-ci ildə açılıb, xəttin uzunluğu 133 m-dir, Neman çayının sahilindən Böyük Vitautas körpüsünün yanından sıldırım Aleksotas təpəsinə qədər uzanır.

Fotoda: 1931-ci ildə açılan 142 metr uzunluğundakı köhnə və daha məşhur Zaliakalnis funikulyoru sərnişinləri Yaşıl təpəyə, Böyük Vitautas Hərbi Muzeyindən Dirilmə kilsəsinə aparır.

Fotoda: Litvanın Kaunas şəhərində funikulyor, 1987-ci il

Fotoda: 1990-2000-ci illərdə Bakı funikulyoru sərnişin axınının az olması və təmir işləri ilə əlaqədar fəaliyyətini dayandırıb. 2012-ci ildə funikulyor Eurovision üçün tamamilə yenidən qurulub.

Fotoda: 1905-ci ildən Tbilisidə postsovet məkanı üçün rekord olan 491 metr uzunluğunda funikulyor fəaliyyət göstərir.

Fotoda: Tbilisidəki funikulyor şəhərin mərkəzini (Çonkadze küç.) Mtatsminda dağındakı əyləncə parkı və restoranla birləşdirir, üç stansiyaya malikdir.

Fotoda: Tbilisidəki funikulyor, 1948-ci il
(modern.az)
Bu sürücülər kəmər taxmaya bilər
Avtomobil sənayesində yeni dövr; mexaniki sürət qutuları tarix olur?
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
Bu ölkədə piyada sürəti ilə bağlı zolaqlar təşkil olunur - FOTO
Elektrikli avtomobillərdə mufta və sürət qolu dövrü yenidən gündəmə gəlir?
Maşını elektrik ötürücü qüllədən şarja qoyan sürücü GÜNDƏM OLDU - VİDEO
Tıxacdan bezən sürücü maşını avtopilota qoyub marketə getdi – VİDEO
Bu şəhərdə niyə yalnız ağ rəngli avtomobillərə icazə verilir? – ARAŞDIRMA
Arxeoloqlar 2300 yaşlı pivə tapdılar
Azərbaycanda maraqlı toy: Bəy restoranda motosikletə mindi – VİDEO
Köhnə avtomobillərdəki dördüncü pedalın sirri açıldı - ARAŞDIRMA










