Qış aylarında xəstə olmamaq üçün nə etməliyik? - Düzgün qidalanma, idman, yoxsa...

Qış aylarında havanın soyuması və tempraturun aşağı düşməsi nəticəsində bir çox şəxslərdə qrip və soyuqdəymə kimi xətəliklər yaranır.
İnsanlar da yaxşı bir qış fəsli keçirmək üçün xəstələnməməyə diqqət edirlər.
Bəs qışda xəstə olmamaq üçün nə kimi yollardan istifadə etmək lazımdır?
Avtosfer.az qafqazinfo-ya istinadən qış aylarda xəstəliklərdən qorunmağın yollarını təqdim edir:
Qidalanmada tərəvəz və meyvəyə xüsusi diqqət edin...
Qış aylarında bol miqdarda A və C vitaminləri və antioksidantlardan istifadə etməliyik. Bu vitaminlər immunitet sistemimizi gücləndirir və xəstəliklərə qarşı daha davamlı edir. Sitrus meyvələri, yerkökü, brokoli, balqabaq, brüssel kələmi, yaşıl bibər, gül kələmi və naringinin tükədilməsi olduqca vaibdir.
Protein istehlakınıza laqeyd yanaşmayın...
Zülallar toxumaların qurulması və təmirinə güclü təsir göstərdiyi üçün gündəlik qidalanmadan əskik olmamalıdır. İnfeksiya dövründə proteinlərin qəbul edilməsi çox vacibdir.
Maye istehlakınızı artırın...
Bədən istiliyini tarazlıqda saxlamaq üçün bol maye qəbulu lazımdır. Maye qəbulu orqanizmdə toksinlərin (zərərli elementlərin) xaric edilməsində, bədən funksiyalarının nizamlı işləməsində, maddələr mübadiləsinin tarazlığının saxlanmasında və bir çox biokimyəvi reaksiyaların həyata keçirilməsində son dərəcə mühüm rol oynayır.
Fiziki fəaliyyətinizi artırın...
Gündəlik qida ilə aldığımız enerjini hərəkətsizliyə qurban verdikdə bu daha çox xəstələnməyə səbəb olacaq.
Az, tez-tez yeyin...
Səhər yeməyi, nahar, şam yeməyi və aralarına əlavə olunacaq qəlyanaltılar qan şəkərinizin səviyyəsini sabit saxlayacaq və çox yeməkdən qoruyacaq
Müasir avtomobillərdə sürücülərin istəmədiyi funksiyalar AÇIQLANDI
Robot insandan sürətli qaçır, amma tormozlaya bilmir – VİDEO
Yeniyetmədən təhlükəli “şou”: Əks yola çıxıb velosipedin təkərini göyə qaldırdı - VİDEO
Azərbaycanda neçə kilometr avtomobil və dəmir yolu var? – Maraqlı STATİSTİKA
Məşhur ustalar hansı avtomobilləri sürürlər? – MÜSAHİBƏ
Sükanın bu xüsusiyyəti həyat qurtara bilər – Maraqlı FAKT
Dəmir yolunda bu fasilə niyə vacibdir? – Səbəb AÇIQLANDI
Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq
Nəqliyyatın yükünü azaltmaq üçün maraqlı addım
Uşaqlarımıza sirayət etmiş Axundov düşmənliyi
Bu sürət nişanı qəzaları azaldır – Avropada yeni sistem – FOTO










