Qızmar yay günündə qara geyinən taksi sürücüsünün “arqumenti”

İsti havada qara geyinmək insanın vəziyyətini daha da çətinləşdirir. Hamı bilir ki, yayda açıq rəngli paltar geyinmək daha rahatdır. Lakin bunun əksini edənlər də var.
Bu günlərdə avtomobilinə əyləşdiyim bir taksi sürücüsünün yanaşma tərzi məni bunu yazmağa vadar etdi. Cərimələrdən, qayda-qanundan danışan sürücü bildirdi ki, ona 10 gün ərzində 3 cərimə gəlib. Hər üçü də təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün. Sonra isə o, başqa sürücülərin məsləhəti ilə qara paltar geyinib. Sən demə, radarlar qara paltarda kəmərin taxılıb-taxılmadığını müəyyən edə bilmir.
Beləliklə, bu sürücü bir aya yaxındır kəmər taxmasa da, heç bir cərimə gəlməyib. Yalnız yol polisini görəndə kəməri qoluna keçirir.
Bu yolla kameraları aldadan sürücü bütün qəlbi ilə əmindir ki, “kəmər boş şeydir, heç kimi qorumur”. Həm də kəmər taxmaq onu darıxdırır.
Amma məsələnin başqa tərəfi də var. Polis və texnologiya yerində saymır. Görəsən kameralar bir müddət sonra qara geyində kəmər taxılmadığını aşkarlasa nə olacaq? Xalqımızın məsəli var ki, “atam bicdir kündəni sayır, anam bicdir kündədən kəsir”.
Vüqar
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










