Qocalıq nə vaxt başlayır? - Araşdırma

Maraqlıdır, insan neçə yaşında artıq qoca sayılır? Bu sualın cavabı insanlar daha uzun ömür sürdükcə, daha gec təqaüdə çıxdıqca və fiziki- əqli sağlamlığı daha yüksək səviyyədə saxladıqca, bir sözlə, vəziyyətə uyğun olaraq dəyişir.
AZƏRTAC “NBC news” telekanalına istinadla xəbər verir ki, yeni dərc edilən araşdırmaya əsasən, təxminən 65 yaşda olan insanlar qocalığın 75 yaşdan başladığını bildirirlər. Lakin daha yaşlı insanlar qocalıq dövrünün zaman keçdikcə, bir o qədər gec başladığını düşünürlər.
Amerika Psixoloji Dərnəyinin “Psychology and Aging” jurnalında dərc edilən araşdırması əsnasında Alman Qocalma Sorğusunun təxminən 14 min iştirakçısının məlumatları təhlil edilib. İştirakçılar 1911-1974-cü illər arasında anadan olub və sorğuya 40-85 yaşlarında cəlb ediliblər. Ötən hər dörd-beş ildən bir onlar qocalığın son qiymətləndirmələri ilə müqayisədə bir il sonra başladığını bildiriblər. 1911-1935-ci illər arasında anadan olanlar 1935-ci ildən sonra doğulan iştirakçılara nisbətən qocalığın daha tez başladığını qeyd ediblər.
Berlin Humboldt Universitetinin psixoloqu və tədqiqatın aparıcı müəllifi Markus Vetsteyn qocalıq haqqında təsəvvürlərin tarixi zamana görə açıq şəkildə dəyişdiyin söyləyib. O, hazırda orta yaşda və ya daha yaşlı olan insanların qocalığın on-iyirmi il əvvəlki həmyaşıdlarına nisbətən daha gec başladığına inandıqlarını vurğulayıb. Vetsteyn bu dəyişikliyin insanların özünü daha gənc hiss etmələri ilə əlaqələndirib. Tənha, xroniki xəstəliklərdən əziyyət çəkən araşdırma iştirakçılarının fikrincə isə, qocalıq daha erkən başlayır.
Tədqiqat zamanı məlum olub ki, qadınlar kişilərə nisbətən qocalığın orta hesabla 2,4 il sonra başladığını düşünürlər.
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO










