Qonaqlıqda güllələnən qız özünü ölülüyə vurub, rəfiqəsinə səs yazısı göndərdi - FOTO

Rusiyanın Yekaterinburq şəhərində bir evdə kişinin öz qonaqlarını, sonra isə özünü öldürməsi ilə bağlı cinayətin təfərrüatı bəlli olub.
Bu barədə qurbanlardan birinin rəfiqəsi “Veçernıy Moskva”ya danışıb.
Bildirilir ki, qızlar görüşüblər və kişilərlə birlikdə vaxt keçiriblər.
“...Hər şey yaxşı idi, sonra (kişi) qızlara sataşmağa başladı, onlar kişini itələdilər və təhqir etməyə başladılar. Digərləri, onların dostları, qızları qorumağa başladılar, kişi də karabini götürərək hamısını güllələdi”, - deyə müsahib bildirib.
“Kriminalnaya Rossiya”nın məlumatına görə, atışma vaxtı yaralanan qız rəfiqəsinə səs atıb. O, pıçıltı ilə özünü ölülüyə vurduğunu, bundan sonra cinayətkarın o biri otağa keçdiyini deyib.
Səs yazısını alan rəfiqə dərhal polisə xəbər verib.
Qeyd edək ki, Yekaterinburqda qonaqlıq zamanı dörd nəfərin ölümü ilə cinayət hadisəsi baş verib. Təfərrüat bəlli olmasa da, bildirilir ki, mənzildə güllə yarası izləri olan cəsədlər tapılıb. Qatil intihar edib.
Məlumata görə, bir nəfər polisə zəng edərək, girov saxlanıldığını deməyə imkan tapıb.
Tezliklə hadisə yerinə gələn polislər qapını açıblar, yetkinlik yaşına çatmayan yaralı bir qız və yanında dörd nəfərin cəsədini aşkarlayıblar. Cəsədlərdən birinin yanında qatilə aid “Sayqa” tipli karabin olub.
Tezliklə otaqlardan birində faciənin başqa bir şahidi, yetkinlik yaşına çatmayan qız tapılıb. O, xəsarət almayıb.
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO










