Qonşu qızı sevindirib vəfat edən "Santa Klaus"

86 yaşlı Uels sakini Ken Uotsonun ölümündən sonra onun qızı atasının qonşu qıza 2032-ci ilə qədər hazırladığı hədiyyələri təhvil verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Ken Uotsonun qonşusu “Twitter” sosial şəbəkəsində yazıb. Uotson 100 il yaşamağı nəzərdə tuturdu və ona görə qonşu qızın 16 yaşına çatanadək Milad hədiyyələrini hazır etmişdi. Lakin Ken Uotson 86 yaşında vəfat edib.
Qonşu yazıb ki, 2012-ci Uotsonun həyat yoldaşı vəfat etdikdən sonra Ken macəralar və ünsiyyət axtarırdı.
Qonşunun dediyinə görə, Ken onların qızına hər il Milad bayramında hədiyyələr verərdi.
2032-ci ilə qədər hədiyyələr alan qonşu nə edəcəyini bilmədiyindən sosial şəbəkədə hətta sorğu da yerləşdirib. Sorğuda hədiyyələri indi açmaq ya da 2032-ci ilə qədər gözləmək variantları qeyd olunub. 5 mindən çox istifadəçi hədiyyələri 2032-ci ildə açmağı tövsiyə edib.
Qonşu buna baxmayaraq artıq bu il üçün hədiyyəni açıb. Hədiyyə Tom Ungererin “Melloplar Miladı necə bayram edirdilər” adlı kitab olub.
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO










