Qumara qurşandı, evini uduzdu - Tolstoy haqqında BİLMƏDİKLƏRİMİZ

Rus ədəbiyyatından xəbəri olmayanlar belə ən azı bir dəfə Lev Tolstoy haqqında eşidib. Tam adı Lev Nikolayeviç Tolstoy olan müəllifin ədəbiyyat naminə qoyub getdiyi irs bir çox yazıçılara, ədəbi nəsillərə təsir edib və bu təsir hələ də davam edir. Tolstoy 1828-ci ildə Moskvanın Tula quberniyasında anadan olub. O, Nikolay və şahzadə Mariyanın dördüncü övladıdır. Tolstoy 2 yaşında anasını, 9 yaşında isə atasını itirib. Valideynləri olmadığı üçün uşaqlığı bibilərinin yanında keçib.
Milli.Az Lev Tolstoy haqqında bilinməyən məlumatları təqdim edir.
Tolstoyun atası Nikolay zadəgan olub, Levin doğulduğu 4 min hektarlıq Yasnaya Polyananın sahibi idi. Varlı bir ailənin övladı olmasına baxmayaraq, Tolstoyun ömrü kiçik xoşbəxtlikdən başqa bir şey deyildi. O, vaxtının çox hissəsini sərbəst, ayaqyalın gəzərək, kəndli həyatını doyunca yaşadığı Yasnaya Polyanada keçirdi.
Kəndə olan sevgisi romanlarındakı bəzi personajlarda da özünü göstərir. "Anna Karenina"dakı Konstantin Levin bu qəbildən olan obrazlardan biridir.
O qədər güclü və enerjili bədən quruluşuna malik idi ki, hətta 60 yaşında da buzlu sularda üzə bilirdi.
Ən çox qorxduğu şeylərdən biri musiqi idi. Hər hansı bir piano səsi və ya başqa bir şey eşidəndə ürkürdü. Musiqi və qadınların onda şəhvət oyatmasından qorxurdu. Hətta qadınlara qarşı kin bəsləyirdi. Çünki qadınların kişilərdəki cəsarət, zəka və ədalət xüsusiyyətlərini oyandırdıqları şəhvətlə kütləşdirdiyini düşünürdü.
Tolstoyun əl yazısı bərbad idi. Onun əsərləri uzunluğu ilə məşhur olub. Yazıçınən ən məşhur dörd hissəli romanı "Hərb və Sülh" bu "qorxulu uzunluğun" ən bariz nümunələrindən biridir. Pis yazıya gəlincə, o dövrün redaktoru bu dolaşıq, anlaşılmaz yazı ilə çox sıxılmışdı. Bu zaman köməyə gələn onun həyat yoldaşı Sofiya olub. Sofiya yazıçının bir çox məşhur əsərlərini yenidən yazıb redaktora təqdim edib. Məlumdur ki, Tolstoyun ömrünün sonlarına yaxın Sofiya gələcək nəsillərin rifahı üçün ərinin gündəliyini də yenidən işləyib.
Lev Tolstoy sağlığında bir çox məşhur yazıçıları yaxından izləyib. O, öz dövründə yaşamış bir çox yazıçılarla da dostluq edərək onların əsərlərini heyranlıqla oxumuyub. Amma nədənsə onun heç vaxt Uilyam Şekspirə qarşı xoş hissləri olmayıb. Hətta ona qarşı o qədər nifrəti var idi ki, bunu açıq şəkildə söyləyə bilirdi.
O dövrdə kişilərin ən böyük zövqlərindən biri də kartlar idi. Tolstoy da qumar oynamağı çox sevirdi. Bu vəsvəsə ona ağır bədəl ödətdi. Onun ən böyük itkisi Yasnaya Polyanadakı evini uduzması olub. O, həmişə evini geri qaytarmaq istəyib, lakin bu işdə heç vaxt uğur qazana bilməyib. (publika)
Cəmi bir ədəd istehsal olunan bu avtomobil 2 milyon manatdan baha satıldı - FOTO
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF











