“Qutudakı uşağ”ın kimliyi 65 il sonra TAPILDI - FOTO

Amerikada 65 il əvvəl öldürülən uşağın kimliyi DNT texnologiyası ilə tapılıb.
Bu barədə ABŞ-ın Filadelfiya Polis Departamentinin rəisi Danil Outlau keçirdiyi mətbuat konfransında məlumat yayıb.
O, tarixin ən qədim üstü açılmamış cinayətlərindən birinə qurban gedən uşağın kimliyinin müəyyən edildiyini deyib.
Neçə illərdir insanları həm qəzəbləndirib, həm də maraqlandıran və “qutudakı uşaq” kimi yadda qalan qətlin qurbanının Cosef Auqustus Zarelli olduğu açıqlanıb.

İstintaqın hələ də davam etdiyini qeyd edən Outlau, uşağın ailəsi və qətlin səbəbi ilə bağlı təfərrüatları açıqlamaqdan çəkinib. O, daha çox məlumat əldə etmək üçün xalqı köməyə səsləyib.
Qeyd edək ki, 1957-ci ilin fevralında Filadelfiyanın “Fox Chase” məhəlləsində meşəlik ərazidə karton qutunun içində ədyala bükülmüş və təxminən 5 yaşlı oğlan cəsədi tapılmışdı. Tapılan zaman uşağın bədənində yara və döyülmə izləri var idi. Onun döyülərək öldürüldüyü ehtimal edilirdi. Qətl hadisəsi uzun illər Amerikada gündəm olmuşdu. Hətta son illər bütün dünyada marağa səbəb olan bu qətl haqqında sənədli filmlər belə çəkilib.
Balaca qurbanın cəsədi yerli qəbiristanlıqların birində “Amerikanın naməlum uşağı” yazılı məzarda dəfn olunub. (lent.az)

Uşağın tapıldığı ərazi

Uşağın tapıldığı qutu

Dəfn olunduğu məzar





3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












