Radar düz işləmir, sürücülərə cərimə gəlib

Texniki xəta Fransanın Luar və Şer departamentində qeydə alınıb. Avtosfer.az-ın xəbərinə görə, radar yoxlanışdan keçərkən texniki işçinin xətasına görə gələn deyil, gedən avtomobilləri çəkirmiş.
Gələn yolda sürət həddi 90 km/saat, gedən yolda isə 70 km/saat müəyyən edilib. Bir həftə ərzində gedən sürücülərdən 54 000 nəfərə sürət həddini 20 km/saat aşdığı üçün 45 avro və 1 cərimə balı tətbiq edilib.
Xətanı yerli bələdiyyənin sədri aşkara çıxarıb. Belə ki, 2 gün ərzində ona 2, arvadına da əlavə olaraq 2 inzibati xəta protokolu gəlib. Sədr adəti üzrə 60 km/saatdan yüksək sürətlə getmədiyini əsas gətirərək məsələni araşdırıb və texniki xəta ortaya çıxıb.
Polisdən verilən məlumata görə, artıq həmin radarda xəta aradan qaldırılıb. Cərimə protokolları ləğv edilib. Cəriməni artıq ödəmiş sürücülərin isə pulları kart hesablarına geri qaytarılıb.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












