Radar və kameralar avtomobili neçə metrdən çəkir?
Hazırda yol polisi əməkdaşları daha əlində radarla gəzmir. Bu sahədə yeniliklər avtomobillərin sürət həddini aşması haqda tez və operativ məlumat almağa hesablanıb. Avtosfer.az radarlarla bağlı sizə bəzi məlumatları təqdim edir.
Sürücülər, adətən, radar görən kimi tez əyləcə basırlar. Halbuki buna ehtiyac yoxdur. Həm özünüzə, həm də başqalarına təhlükə yaradırsız. Onsuz da radarların böyük imkanları var. Amma həm də müəyyən məsafələrdə radarlar acizdir. Yaxındasınızsa, əyləc köməyə gəlməyəcək, uzaqdasınızsa, radar sizi tuta bilməyəcək. Tələsmədən sürəti azalda bilərsiniz.
Keçmiş sovet respublikalarının ərazilərində, adətən, radiolokasiya tipli radarlardan istifadə olunur. Avtomobilə impuls ötürülür, əks olunan siqnal əsasında sürəti müəyyənləşdirirlər.
Yollarda daha çox “Kris” və “Arena” cihazlarından istifadə olunur. Yəni 100 metrə qədər məsafədə radar sürəti müəyyənləşdirə bilir. Məsələn, siz maşını saatda 90 km ilə sürürsünüzsə, radarın yanından ötməyinizə 3-4 saniyə qalmış sürət qeydiyyatı başlayır. Radardan məsafəniz 100 metrdən çoxdursa, avtomobilinizin sürətini dəqiq ölçə bilməyəcək.
“Kordon” və “Kreçet” cihazları çox populyar deyil. Amma bu radarlar 150 metrə qədər dəqiq sürət söyləyə bilir. Əksər hallarda radar avtomobili yaxına buraxmağa çalışır.
Əlbəttə, sürücülər də “ilişməməyə” çalışır. İndi maşınlarda radar-dedektorlar olur ki, 500 metrdən radiolokasiya cihazından xəbər tutur. Amma bəzən radarı elə yerə qoyarlar ki, dedektor aciz qalar.
Yunis
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












