Rayon yollarında “Qırmızı Kitab”a düşən quşlar satılır? - FOTO

Sosial şəbəkədə ovlanması qadağan olunan, “Qırmızı Kitab”a daxil edilmiş quşların və heyvanların qanunsuz ovlanaraq yol kənarında, rayon bazarları və restoranlarda satılması ilə bağlı məlumat yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Ecofront” feysbuk səhifəsində paylaşım edilib. Səhifə aidiyyəti qurumları bununla bağlı reyd keçirməyə çağırıb. Şərhlərdə iddia olunub ki, belə quşlar Xirmandalı yolu və Biləsuvar yolunun girişi, Hacıqabul rayonunun Padar yolunda satılır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin Regional Qrupundan saytımıza bildirildi ki, bununla əlaqədar müvafiq tədbirlər görülür: “Sosial şəbəkələrdə yayılmış görüntülərdən məlumatlıyıq. Bununla bağlı müvafiq tədbirlər görülür. Əvvəllər də belə faktlarla bağlı müvafiq tədbirlər görülüb, bu əməli törədən şəxslər müəyyən olunaraq onlar barəsində inzibati məsuliyyət tədbirləri tətbiq olunub”.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












