Rentgen insan sümüklərinə dağıdıcı təsir edirmiş - ARAŞDIRMA

Almaniyanın Şarite klinikasının alimləri rentgen şüalarının sümüklərə zərərli təsirini tədqiq ediblər.
Elmi işin nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Tədqiqat zamanı komanda balıq, donuz, mal-qara və siçanlardan alınan sümük nümunələrini BESSY II aparatında fokuslanmış yüksək enerjili rentgen şüalarına məruz qoyublar. Mikroskopiya üsullarının birləşməsi elektronların yaratdığı kollagen liflərinin məhvini göstərməyə imkan verib.
Həssas detektorlar sümük nümunələrində mineral nanokristallarda radiasiyanın udulması nəticəsində kollagen liflərinin zədələndiyini nümayiş etdirib.
Mikroskop altında şüaların dağıdıcı izləri aydın görünüb.
Əvvəllər hesab olunurdu ki, rentgen şüaları orqanizmlər üçün o qədər də dağıdıcı deyil, lakin yeni nəticələr bu fikrin sümüklər üçün keçərli olmadığını göstərib.
Alimlər BESSY II cihazında istifadə olunan rentgen şüalarının tibbi müayinələr üçün istifadə edilən şüalanmadan təxminən on min dəfə daha intensiv olduğunu vurğulayıb. (lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












