Rotşildlərə məxus “Bugatti” 2,2 milyona satıldı – Bütün detallar orijinaldır

Fransadakı “Retromobile 2023” salonunda nümayiş etdirilən daha bir avtomobil yeni sahibini tapıb.
Avtosfer.az-ın xəbərinə görə, bu dəfə 1929-cu ilin istehsalı olan “Bugatti Type 35C” satılıb. Bu, şirkətin tarixində ilk turbokompressorlu avtomobildir. 2 litrlik V8 mühərriki 120 at gücü hasil edir ki, bu da hətta 21-ci əsrin standartları ilə kifayət qədər yaxşı rəqəmdir.
1931-ci ilədək müxtəlif yarışlarda iştirak edən avtomobil zədələnidiyi üçün 1 il sonra kuzov dəyişdirilir. 1935-ci ildə avtomobil Rotşildlər ailəsinin bir üzvü tərəfindən alınır. Vətəndən (Fransa) demək olar kənara çıxmayan avtomobili ikinci sahibi 1997-ci ildə alıb.
Hərrac evinin arayışında göstərilir ki, avtomobilin 1932-ci ildəki kofiqurasiyası dəyişməyib, yəni bütün detalları orijinaldır. 2,5-3 milyon avro arası qiymətləndirilən nadir texnika 2 216 800 avroya satılıb. Avtomobilin yeni sahibi vergilər də daxil olmaqla azı 3 milyon avro ödəməli olacaq.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO



























