Rusiya qədim T-54 tanklarını anbardan çıxarıb - FOTO

Rusiya ordusu ağır texnika çatışmazlığı səbəbindən anbarlarda qalan köhnə texnikasını Ukrayna cəbhəsinə göndərir.
Bu barədə Conflict Intelligence Team (CIT) təşkilatı məlumat yayıb.
Təşkilatın analitiklərinin təsbitinə görə, T-54/55 ailəsinə aid sovet tankları Uzaq Şərqdəki ehtiyat bazadan çıxarılmağa başlayıb.
Rusiyanın Uzaq Şərqdən yuxarıda qeyd olunan hərbi texnikanı daşıyan eşelonun fotoşəkilləri artıq medianın əlinə keçib.
Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri tərəfindən genişmiqyaslı işğal zamanı köhnə T-62 tanklarının göndərilməsi və istifadəsi faktları hələ yay aylarından qeydə alınıb, lakin T-54/55-lərin anbardan çıxarılması faktına ilk dəfədir rast gəlinir.
Analitiklər bazanın peyk görüntülərini təhlil edərək müəyyən ediblər ki, 2022-ci ilin iyun-noyabr ayları arasında bazanı ən azı 191 tank (ehtimal ki, əsasən T-62-lər) tərk edib. Reallıqda bu rəqəm daha çox ola bilər.
Bilindiyi üzrə T-54-lər sovet ordusu tərəfindən 1940-cı illərin ikinci yarısında, T-55-lər isə 1958-ci ildə qəbul edilib.
Bu modellərin əhəmiyyətli çatışmazlıqları arasında müasir məsafəölçənlərin və ballistik cihazların, habelə yanğına nəzarət sisteminin olmamasıdır. Hərbi ekspertlər istehza ilə onu “ibtidai silah” adlandırırlar.
Analitiklər qeyd edirlər ki, bu tanklarınanbardan çıxarılması açıq şəkildə RF Silahlı Qüvvələrinin zirehli texnika ilə təminatında ciddi problemlərin olduğunu göstərir.
Bundan əvvəl sosial şəbəkələrdə Rusiyanın “BTR-50P” PDM-lərinin Ukraynadakı döyüş bölgəsinə göndərilməsi ilə bağlı görüntülər qeydə alınıb.
“BTR-50P” piyada döyüş maşınları 1954-1970-ci illərdə istehsal edilib. Rusiya Federasiyasındın hərbi anbararında həmin maşınlardan 1000-ə qədəri qalıb.
Cəmi bir ədəd istehsal olunan bu avtomobil 2 milyon manatdan baha satıldı - FOTO
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF











