Rusiyada da taksi xidməti bahalaşacaq – SƏBƏB

Rusiyada taksi ilə bağlı problemlər dərinləşir. Sanksiyaların tətbiqindən sonra Avropa istehsalı avtomobillərdən məhrum olan rusların bir problemi də maşını daha tez-tez dəyişmək zərurətidir. Səbəb yerli istehsal olan Çin modellərinin taksidə uzun müddət davam gətirməməsidir. Bu öz yerində.
Avtosfer.az xəbər verir ki, Rusiyada avtomobillə yanaşı ciddi sürücü qıtlığı da hökm sürür. Dumanın deputatı Oleq Qarinin fikrincə, ölkədə 72 min nəfər taksi sürücüsünə ehtiyac var. Üstəgəl, taksi xidməti üçün hər il 50 minədək yeni avtomobilə ehiyac duyulur. Ən əsası, son 2 ildə taksiçilərin xərcləri 60% artıb.
Sentyabrdan etibarən xidmətin yenidən bahalaşacağı qaçınılmazdır. Buna səbəb hökumətin taksi sərnişinlərinə məcburi sığorta tələbini gətirməsidir. Sığorta məbləği hələ konkretləşdirilməsə də, həm aqreqatorlar, həm də sürücülər qərardan narazıdır.
Rusiya Taksi Sürücüləri Assosiasiyası bildirir ki, taksi sürücüsünün özünə müəyyən məbləğ qalması üçün 9 saatdan çox işləməlidir. O, 8-9 saata yalnız yanacaq, təmir və aqreqator haqqını qazana bilir. Sığorta tələbi də gətiriləcəyi təqdirdə sürücü heç bir qazanc əldə etməyəcək.
Statistika göstərir ki, Rusiya əhalisinin 10%-i həftədə azı 2 dəfə taksi xidmətindən istifadə edir.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












