Rusiyada yol çəkilişi eramızdan əvvələ “səyahətlə” nəticələndi - FOTO

Rusiyanın Krasnodar diyarında magistral yolun tikintisi zamanı aparılan qazıntılar zamanı eramızdan əvvəl VI-V-ci əsrlərə aid 20 mindən çox əşya və üç məzar tapılıb.
Bu barədə diyarın qubernatorunun müavini Roman Luzinov xəbər verib.
Bildirilir ki, əksəri boz-gil qablardan ibarət artefaktlar Krasnoarmeyski rayonunun Maryanskaya kəndindən Belıy Temryukski rayonunun fermasına qədər ərazidə aşkar edilib.
Elm adamlarının fikrincə, qədim meotların yaşadığı bu yerlərdə keramika istehsalı mərkəzi ola bilərdi. Ərazidə tapılan soba və təsərrüfat çuxurları bu ehtimalı təsdiqləyir.
Tapıntıların tədqiqi, sonra isə muzeylərə göndərilməsi planlaşdırılır.
Qeyd edilir ki, meotlar - “Meot bataqlığı” (Azov dənizi belə adlanırdı) ətrafında yaşayan qədim yunanlar olublar. Əhali bu əraziyə Taman yarımadasının yunanların müstəmləkəsinə çevrilməsindən və ticarətin inkişafından sonra köçüb. Mütəxəssislər qeyd edirlər ki, yaşayış məntəqəsi eramızdan əvvəl III əsrdə yox olub.
Bundan 200 il sonra, bu yerdə meotdan sonrakı mədəniyyətin qəbilələrinin birinin döyüşçüsü dəfn edilib. Məzarlıqda üzüklü qısa dəmir qılınc da olub.(oxu.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












