Rusiyadan müsahibə: “Azərbaycan öz torpaqlarını geri qaytardıqda heç kim qəzəblənməyəcək”

Ermənistanın işğalçı qüvvələri atəşkəsi pozaraq Azərbaycanın dinc əhalisini və mülki obyektlərini atəşə tutmağa davam edir. Bu, müttəfiq adlandırdıqları Rusiyaya qarşı hörmətsizlik deyilmi?
Rusiya Regional və Siyasi-İqtisadi Problemlər İnstitutunun direktoru, siyasi elmlər namizədi Tofiq Əzimov bununla bağlı Media.Az-a şərh verib. Onun sözlərinə görə, müharibə vəziyyətində bu gözləniləndir:
“Müharibə gedir, ancaq müharibədə, bildiyiniz kimi, qaydalar yoxdur və insan təxribatlara, yalanlara və xəyanətlərə hazır olmalıdır”.
Tofiq Əzimov heç kimin Azərbaycandan qəti addımlar gözləmədiyini, hamının “status-kvo” sözünə öyrəşdiyini vurğuladı:
“Status-kvo ilkin vəziyyətə qayıtmaqdır və ilkin vəziyyət Azərbaycanın ərazi bütövlüyüdür. Bəs məsələ nədədir? Sadəcə hər kəsin öz doğrusu var, əsl həqiqət heç kimi maraqlandırmır. Əvvəl kimin atəş etməsi heç kimi maraqlandırmır. Hamı qalibin kim olacağı ilə maraqlanır, çünki qaliblər mühakimə olunmur”.
O, Azərbaycan Prezidenti İlham Əliyevin müharibə istəmədiyini, tərəfdaşların, dostların, ədalət ümidi ilə otuz il ona müqavimət göstərdiyini xatırladaraq, artıq hər şeyin sona çatdığını dedi:
“Uzaq 90-cı illərdə heç kim Ermənistanın Dağlıq Qarabağdan əlavə yeddi rayonu işğal etdiyinə görə qəzəblənmirdi və Azərbaycan onları geri qaytardıqda heç kim (təbii ki, Ermənistan istisna olmaqla) bundan qəzəblənməyəcək”.
“İlham Əliyevin yalnız bir işi var – sona kimi getmək. Rusiya Prezidenti Vladimir Putinin isə vəzifəsi daha çətindir - Rusiyanın müharibəyə cəlb olunmasına imkan verməmək. Buna görə Kremlin addımları ehtiyatlı və tarazlı olacaq, daha doğrusu, sakinlər üçün həmişə aydın olmayacaq. Axı itirəcəyi çox şey var...” - deyə o bildirib.
Nərminə
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












