Rusiyanın ən zəngin varisi azərbaycanlıdır

Rusiyanın "Lukoyl" şirkətinin Azərbaycan əsilli sahibi Vahid Ələkbərovun oğlu Yusif 2021-ci ildə Rusiyanın ən zəngin varisi elan olunub.
Avtosfer.az modern.az-a istinadən xəbər verir ki, 24,9 milyard sərvəti olan Vahid Ələkbərovun bütün mirası yeganə oğluna çatacaq. Rusiyanın ən zəngin 3-cü şəxsi olan Ələkbərov özündən sonra bütün səhmlərinin oğluna çatacağını amma "Lukoyl" şirkətinin idarə edilməsi funksiyalarını itirəcəyini əlavə edib.
2018-ci ilin oktyabrında Yusif Ələkbərov "Lukoyl"u tərk edərək şəxsi biznesinə başlayıb. O, alkoqolsuz içkilər istehsal edən "Plan B" şirkətinin sahibidir. Bundan başqa, atası ilə şərikli "Lukavto" ASC-yə, "EKTO" şirkətinin sahibi kimi həm də Sibirdə yerləşən neft kəmərinin 69% səhmlərini alıb. Yusif Ələkbərovun həyat yoldaşı Alisa isə daşınmaz əmlak biznesi ilə məşğul olan "Yusal" ASC-nin sahibidir.
Rusiyanın ən varlı 2-ci varisi isə milyarder Leonid Mixelsonun 2 övladıdır. Onun qızı Viktoriya və azyaşlı oğlun hər biri 12,4 milyard dollar qazanacaq.
Siyahıda ümumilikdə, 20 iş adamı yer alıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












