Saatda 110 kilometr sürətlə üzə bilən balıq

Okeanda minlərlə balıq növü olsa da, onlardan yalnız bir neçəsi sürətli hesab edilə bilər. Balıqların yüksək sürətlə üzməsinə səbəb sivri burunlarının və geniş, itələyici quyruqlarının olmasıdır.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, yelkənli balıq dünyanın ən sürətli balığı sayılır və onun sürəti saatda 110 kilometrə çata bilir. Okeanın dərinliyinə enən qılınc balığı da ən sürətli balıqlardan biridir. Onun maksimal sürəti saatda təxminən 94 kilometr təşkil edir. Dünyanın tropik və subtropik sularında üzən vahu balığının maksimal sürəti isə saatda 77 kilometrə çatır.
Okeanın nəhəngləri arasında mavi üzgəcli orkinos təkcə ölçüsünə görə deyil, həm də daha sürətli üzmək qabiliyyətinə görə diqqət çəkir. O, saatda 70 kilometr sürətlə hərəkət edən dünyanın ən sürətli tuna balığıdır.
Tropik və mülayim sularda yaşayan və saatda 74 kilometr sürətlə üzən mako isə ən sürətli köpəkbalığı növüdür.


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












