Sanksiya sevgiyə mane olmur, və ya hədər gedən milyonlar

Bu günlərdə Rusiyada keçirilmiş rəy sorğusu maraqlı faktı aşkara çıxarıb.
Avtosfer.az xəbər verir ki, sanksiyalara görə əlçatan olmasa da, ruslar yenə də Qərb texnikasını sevirlər. Son rəy sorğusuna görə, şimal qonşumuzda yenə də ən çox sevilən markalar Toyota, Mercedes və BMW-dir. Növbəti yerlərdə Kia, Nissan və digərləri gəlir. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də ilk onluqda heç bir Çin brendi yer almır.
Rəyi soruşulanlar Çin modellərini yalnız məcburiyyətdən aldıqlarını etiraf ediblər. Onlar Toyota, Mercedes və BMW-nin satışlarının bərpa olunmasını arzulayırlar.
Bu da bir daha göstərir ki, dövlət büdcəsindən milyonlarla vəsait alan solovyovlar, kiselyovlar reallığı görən insanların beynində “mənfur Qərb” obrazı yaratmağa müvəffəq olmayıblar. Efirdə gur səslə “dünyada ən təhlükəli maşın Mercedesdir”, “Toyota keyfiyyətinə görə Jiqulidən geri qalır” deyib boğaz yırtanlara qalan sosial şəbəkədə lağlağı obyektinə çevrilmək oldu.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












