Santa-Klausun məzarı aşkarlandı: Arxeoloqlar Türkiyəyə axışır - FOTO

Dünyada uşaqların Santa Klaus, Müqəddəs Nik və Kris Krinql kimi müasir ləqəblərlə tanıdığı Müqəddəs Nikolayın dəfn olunduğu yer aşkarlanıb. Türkiyədə tapılan məzarın arxeologiya ictimaiyyəti üçün çox əhəmiyyətli olduğu bildirilir.
Tədqiqatçılar onun cəsədinin Antalyada - 4-cü əsrə aid kilsədə dəfn edilməsindən az-çox xəbərdar idilər. Aparılan qazıntılar zamanı toplanan dəlillər, həmçinin kilsənin Qüdsdəki Müqəddəs məqbərə kilsəsi ilə oxşarlığı və İsanın təsviri olan freska Müqəddəs Nikolayın cəsədinin burada basdırıldığına bir növ sübut kimi göstərilirdi.
Qeyd edək ki, tapıntıdan sonra dünyanın hər yerindən bir çox arxeoloq məzarı araşdırmaq üçün Türkiyəyə gəlməyə qərar verib.
Ümumiyyətlə, Müqəddəs Nikolayın həyatından çox az şey məlumdur, lakin haqqında əfsanələr çoxdur. Deyilənə görə, o, üç qızı zinadan xilas edib, şeytanın ələ keçirdiyi ağacı kəsib, üç uşağı dirildib və miladi 325-ci ildə Birinci Nikeya Şurasında əlbəyaxa döyüşüb. Bundan başqa, Müqəddəs Nikolayın sərvətini anonim şəkildə yoxsullara verdiyi və nəticədə Santa Klaus əfsanəsinin yaranmasına səbəb olduğu da məlumdur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












