Saturnun peykində həyat üçün şərait ola bilər

Saturnun peyki Enseladda mikroorqanizmlərin həyatı üçün əlverişli şərait ola bilər.
Bu qənaətə Çin Elm və Texnologiya Universitetinin bir qrup alimi gəlib.
"Enselad peykindəki okean suyunun yüksək qələvi olduğu və tərkibində oksigen olmadığı aşkar edilib. Tərkibinə görə bu, bir az Yer üzündə insanların içdiyi qazlı suya bənzəyir", - deyə elmi qrupun rəhbəri Hao Jihua bildirib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, alimin fikrincə, Enseladdakı okeanın 100 min ildən çox yaşı var. Bu səbəbdən də onun mayesində çoxlu fosfor ola bilər.
Qeyd edək ki, əvvəllər müxtəlif elm adamları Enseladda həyat üçün zəruri olan beş əsas elementin olduğunu aşkar ediblər: Hidrogen, karbon, oksigen, azot və kükürd. Fosfor çatışmazlığı alimləri peykdə mikroorqanizmlərin yaşaması üçün şəraitin olması ilə bağlı fərziyyə irəli sürməyə mane olub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












