“Şəkəri azalt, ömrünü uzat!” bilbordları paytaxtın metro və küçələrində - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası ilə bağlı təbliğat-təşviqat işlərini davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, Agentlik tərəfindən üzərində “Şəkəri azalt, ömrünü uzat!” yazılmış bilbordlar hazırlanıb. Həmin konstruksiyalar paytaxtın bir sıra küçə və prospektlərində, Bakı metropoliteninin stansiyalarında və qatarlarda yerləşdirilib.
Qeyd edək ki, kampaniya çərçivəsində AQTA tərəfindən maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin təhsil müəssisələrində görüşlər keçirilir. İndiyədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Kooperasiya Universitetində, Azərbaycan Texniki Universitetində, həmçinin bir neçə ümumtəhsil müəssisələrində və körpələr evi-uşaq bağçalarında görüşlər təşkil olunub. Tədbirlərdə AQTA və AQTİ-nin mütəxəssisləri tərəfindən "Şəkərin zərərləri", "Şəkər əvəzediciləri" və "Gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatlar edilib.
Təhsil müəssisələrində görüşlərin keçirilməsi ilə yanaşı, növbəti mərhələdə iri ticarət mərkəzlərində və supermarketlərdə maarifləndirici stendlərin qurulması nəzərdə tutulur. Stendləri ziyarət edən şəxslərə kampaniya ilə bağlı ətraflı məlumat veriləcək, onlara müxtəlif simvolik hədiyyələr təqdim olunacaq. Aprelin 26-da isə "Qida Təhlükəsizliyi" Simpoziumu təşkil ediləcək.
Onu da bildirək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












