"Səma balinası" - 750 nəfərlik təyyarə - FOTO

İspan dizayneri Oskar Vinals gələcəyin yüksəksürətli təyyarəsi konsepsiyasını paylaşıb.
Avtosfer.az-ın xarici mediaya istinadla xəbərinə görə, onun modeli “Sky Sky Whale” (“Səma balinası”) adlanır. Onun Yer kürəsinin ən sürətli uçan nəhəngi olacağı bildirilir. Təyyarə eyni vaxtda 755 sərnişini qəbul edə biləcək.
Ümumilikdə, göyərtəsində üç böyük salon nəzərdə tutulur. Sonuncunun səmaya baxan panoramik damları da olacaq.
“Səma balinası”nın eksklüziv olaraq uzaq məsafəli uçuşlara göndərilməsi planlaşdırılır. Təyyarənin 360 dərəcə fırlanan mühərriklər və turbinlər olacaq ki, bu da təyyarənin demək olar ki, şaquli şəkildə qalxmasına imkan verəcək. Belə turbinlər həm də təyyarənin avtomobil kimi sürətlə dönməsinə imkan verəcək.
Mühərriklər elektrik enerjisi ilə işləyəcək. Təyyarə daha etibarlılıq üçün batareyaları dolduracaq günəş panelləri ilə təchiz olunacaq.
"Səma balinası”nın ölçüləri heyrətamizdir. Qanadları 88 metr, uzunluğu 78 metrdir. Bu, “Airbus A380” və “Boeing 747”dən (dünyanın ən böyük sərnişin təyyarəsi) dəfələrlə böyükdür. Oskar Vinals xəyalının səmanı fəth edəcəyi ümidi ilə çəkdiyi rəsmləri mühəndislərə göndərib.
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI
Avtomobil sürmə təlimində yaş məhdudiyyəti neçədir? – AÇIQLAMA - VİDEO
Bu saatın xətası 300 milyard ildə 1 saniyədir - FOTO
Robot insandan daha təhlükəsiz sürür – TƏDQİQAT
Kirayə haqqını ödəməmək üçün maşınında yaşayır: Nə qədər pul xərcləyir? - VİDEO
Rusiya-Gürcüstan sərhədindəki avtomobillər “metalloma” göndərilir
Detektorla qədim dəfinə tapıldı - FOTO
Almaniyanı qarışdıran Zeynəb kimdir? - ŞOK FAKTLAR - FOTO
Qaradağ rayonunda vulkan püskürüb - VİDEO












