Sən demə kompüter lap qədimdə də mövcud imiş - FOTO
Söhbət bu günümüzə qədər gəlib çatan ən mürəkkəb qədim mühəndislik quruluşundan gedir.
Qədim yunan antikifer mexanizmi Günəşin, Ayın, planetlərin vəziyyətini proqnozlaşdırmaq, bitkilərin çiçəkləmə vaxtını və hətta Olimpiya Oyunlarının tarixini təyin etmək üçün istifadə edilib. 20-ci əsrin əvvəllərində Aralıq dənizinin Antikifera adasının kənarında dalğıclar tərəfindən kəşf edilən astronomik "kompüter", bəzilərinin dediyi kimi, o vaxtdan bəri tədqiqatçıları heyran qoyur.
Cihaz, astronomik hadisələri proqnozlaşdırmaq üçün istifadə edilən bürünc dişlilərin (yalnız 30-u sağ qalmışdır) mürəkkəb birləşməsindən ibarətdir. Çoxdan aparılmış tədqiqat nəticəsində 3D rentgen şüalarından istifadə edilərək, cihazın bütövlükdə necə işlədiyi ortaya çıxdı, lakin cihazın ön hissəsindəki dişli sistemin işi alimlər üçün bu günə qədər qaranlıq qalır.
Mexanizmdəki hər diş səma cisminin hərəkətini təmsil edir.
Salamat qalan ən böyük fraqment mexanizmin komponentlərini göstərir. Digər diskdə 63 diş və boşqab forması diqqəti çəkir. Cihazın arxasında planetlərlə yerin eskizləri çəkilib. Tədqiqat qrupu məhz bu hissəni diqqətlə işləyib.
Bərpa edilmiş Antikifera mexanizmi.
Mənbə bildirir ki, alimlər cihazın rəqəmsal modelini yaratmağı bacarıblar. Onlar cihazın köməyi ilə Veneranın hərəkətinin yüksək dəqiqliklə 462 illik dövrünü və Saturnun 442 illik dövrünü təyin edən yunanların necə hərəkət etdiklərini də müəyyənləşdirdilər. Cihazın dəqiqliyində həlledici rolu 63 dişli bir bürünc oynayıb. O, mexanizmdəki disklərin hərəkətinə cavabdehdir.
Əgər siz ötən əsrlərin alimlərinin ən qəribə ixtiralarına baxsanız görərsiniz ki, bəzi ixtiralar həddindən artıq inanılmaz təəssürat yaradır, lakin onlar həqiqətən mövcud olub…
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












