Sərvətindən imtina edib küçədə yaşayan milyonçunun sərgüzəşti uğursuz olub

ABŞ-də sərvətindən imtina edib küçədə yaşayan milyonçu Mayk Blekin qeyri-adi sərgüzəşti yarımçıq qalıb. Bu barədə “Report” xəbər verir.
Məlumata görə, sıfırdan başlayaraq “12 ayda 1 milyon dollar qazana bilərəm” deyən milyonçunun yoxsulluq təcrübəsi xoşagəlməz sonluqla bitib. Belə ki, zəhmətin gücünü göstərmək üçün sosial eksperimentini yutubda paylaşan milyonçu istədiyi məbləği qazana bilməyib. Blek yutubdakı kanalında evsiz qaldığı günlərlə bağlı maraqlı videolar yayımlayıb.
"Bir çox insan pandemiya zamanı hər şeyini itirdi və depressiyaya düşdü. Bir gecədə 10 milyon dollar itirən dostum var. Onlara ümid vermək istəyirəm”, - o deyib. Küçələrdə dilənən və müvəqqəti işlərdə çalışaraq pul toplamağa çalışan gənc uzun müddət ac və susuz qaldığını əks etdirən videolar paylaşıb. Blek üç ay ərzində kirayə ev tutmağa müvəffəq olub və sahibkarlıq ruhu ilə sosial mediadan pul qazanmağa başlayıb. Blekin təcrübəsi xəstəliyi səbəbindən qısamüddətli olub. O, küçələrdə yaşamağın çətinliyi və pulsuz qalması səbəbindən xəstələndikdən sonra evsizlik macərasına son qoyduğunu açıqlayıb. Xroniki yorğunluq və müxtəlif xəstəliklər nəticəsində layihəsini 2 ay tez bitirən Blek xəstəxanaya düşüb. Təcrübənin düşündüyündən də çətin olduğunu etiraf edən gənc, küçədə yaşamağın həyatının ən ağır təcrübəsi olduğunu, bəzən içməyə su belə tapmadığını bildirib. O, 1 milyon dollar qazanmaq hədəfinə nail ola bilməsə də, 10 ayda 64 min dollar qazana bilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














