Sərxoş və kar stansiya növbətçisinin səbəb olduğu qəza - FOTO

Bu hadisə 12 iyun 1965-ci ildə Leninqrad vilayətində (SSRİ-nin süqutundan sonra Rusiyanın şimal paytaxtının adı Peterburq olsa da, vilayətin adı dəyişdirilməyib – müəl.) baş verib. Gündüz vaxtı Kiyev-Leninqrad reysi ilə hərəkət edən qatarın yük qatarı ilə üzbəüz toqquşması 5 nəfərin ölümünə səbəb olub.
Avtosfer.az Rusiya mənbələrinə istinadla xəbər verir ki, qəza tarixə “Novinka-Çaşa mənzilində” qəza kimi düşüb. Hadisə baş verən gün stansiyada siqnal sistemi işləmədiyi üçün hərəkət telefon rabitəsi vasitəsilə tənzimlənirdi. Bu da xüsusi diqqət və məsuliyyət tələb edirdi. Həmin gün isə tərslikdən Novinka stansiyasının növbətiçisi pensiyaçı İvan Antonov idi. Onun bir qulağı eşitməməsi bir yana, həmin gün növbəyə sərxoş vəziyyətdə çıxmışdı.
Çaşa stansiyasından gələn telefonoqramı qəbul edən Antonov məzmunu anlamadan cavab verir ki, stansiya yük qatarını qəbul etməyə hazırdır. Bu tərəfdən isə o, Kiyevdən gələn qatarın maşinistinə svetoforun qadağanedici işığında hərəkət etməyə icazə verir.
Beləliklə, hər 2 tərəfdən qatarlar birxətli yola daxil olur. Yolda döngə olduğundan maşinistlər bir-birini gördükdə artıq gec idi. Hər 2 maşinist qəza tormozunu işə salda da gec idi. 15 saniyəyə nəinki qatarı, heç avtomobili də çox vaxt saxlamaq mümkün olmur.
Qəza vaxtı hər 2 qatarın lokomotiv heyəti (5 nəfər) və sərnişin vaqonunda 1 uşaq həyatını itirir. Yük qatarı bütövlükdə, sərnişin qatarının isə yarısı metal tullantısına çevrilir. Dəmiryolçuların yanmış cəsədlərini yalnız lokomotivləri doğrayaraq çıxarmaq mümkün olur.
Lokomotiv heyətinə ölümündən sonra fəxri adlar verilir, xatirələri əbədiləşdirilir. Novinka stansiyasının sərxoş növbətçisi cəzasını xüsusi rejimli koloniyada çəkməklə uzun müddət azadlıqdan məhrum edilir. Çaşa stansiyasının növbətçisi isə heyvan daşınan vaqonları təmizləməyə göndərilir.
Novinka stansiyasının rəisi işdən azad edilsə də, bir müddət sonra birbaşa təqsiri olmadığı əsaas gətirilərək daha böyük stansiyaya rəis təyin edilir.
Vüqar
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO
Qəza törədib mübahisə edən sərxoş şəxslər avtomobili güllələyib qaçdı - VİDEO
Dünyanın 7 ən təhlükəli yolu: Sürücülər qorxurlar
Aşağı sürətin yaratdığı təhlükə - PARADOKS
Bu ölkədə bir maşına iki nömrə taxıb sürmək mümkündür - FAKT
Maşınlarda sükanın yanındakı “OFF” düyməsi hansı məqamlarda istifadə edilməlidir? - TÖVSİYƏ
Yeni tunel və genişləndirilən yollar Bakıdakı tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA














