Şəxsi avtomobili ilə 44 ölkəni gəzdi

Dubayın 68 yaşlı sakini Munir Kərim təkbaşına qeyri-adi səyahət edib. O, öz avtomobili ilə dünyanın 44 ölkəsində olub.
Avtosfer.az AZƏRTACA-a istinadla xəbər verir ki, onun macəralarının baş qəhrəmanı – “Suzuki Jimny” avtomobili 195 min kilometr yol qət edib. Maraqlıdır ki, bu göstəricinin 60 min kilometri Birləşmiş Ərəb Əmirlikləri hüdudlarından kənarın payına düşür. Kərimin yığcam yol-yoldaşı qeyri-adi avtomobildir: orada çarpayı, ayaq yolu və rahat səyahət üçün bütün şərait mövcuddur.
“Avtomobilin ölçüsünün kiçikliyi mənə hər bir yerdə istirahət etmək imkanı verir. Səyahət ərzində mən avtomobilimdə 31-dən çox gecə keçirmişəm”, - deyə Kərim vurğulayır.
O, 1988-ci ildə Tailanda yollanmaqla səyahətə başlayıb. Bu illər ərzində Kərim bir çox ölkədə, o cümlədən Asiya və Avropada olub, ümumilikdə 86 ölkəni ziyarət edib, təyyarə ilə 300-dən çox reysdə uçub. “Mən son 35 ildə olduğum hər bir şəhərdən suvenirlər toplamışam”, - deyə o bildirir.
2012-ci ildə Kərimin ailəsi müvəqqəti olaraq Kanadaya köçüb, orada o, səyahətlərin başqa üsulu ilə tanış olub. “Kanadada mən avtomobillə səyahət mədəniyyətinə qoşuldum. 56 yaşımda həyat yoldaşımın müşayiəti ilə maşınla Vankuverdən Alyaskaya yollandım. O vaxtdan bəri mən avtomobil səyahətçisi hərisinə çevrilmişəm”, - deyə Kərim diqqətə çatdırıb.
2016-cı ildə Kanadadan BƏƏ-yə qayıdan Kərim Avropa üzrə səyahətə yollanır. Marşruta 60 gündən çox vaxt sərf edilib, 32 ölkə üzrə ümumi yürüş 30 min kilometr təşkil edib.
Səyahətçi avtomobillə Rusiyayadək gedib çıxıb. Onun Dubaydan Moskvaya yolu 9 gün çəkib. Kərim öz səyahətlərini həmişə diqqətlə planlaşdırıb. Pasport və vizanın alınması, marşrutun öyrənilməsi və gömrükdən keçmə - bütün bunlar səyahətə hazırlığın əsas hissəsidir.
“Mənim səfərlərim mədəni biliklərin zəngin mənbəyinə çevrilib, məni təvazökarlığa, insanlığa görə minnətdarlığa və bütün canlılara hörmətə öyrədib”, - deyə Kərim əlavə edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












