Silk Way Airlines ağ balinaların yeni məkana köçürülməsi missiyasını tamamladı

Silk Way Airlines iki ağ balinanın Ukraynadakı akvariumdan İspaniyadakı yeni evlərinə uğurla daşınmasını qürurla elan edir. Çətin şəraitdə həyata keçirilən bu qeyri-adi missiya Silk Way Airlines-ın heyvanların qorunmasına sadiqliyini, həmçinin həssas və mürəkkəb yüklərin daşınması qabiliyyətini əks etdirir.İki ağ balina Ukraynadakı akvariumdan təxliyyə edilib və İspaniyada onların yaşamı üçün lazım olan qayğı və şərait ilə təmin ediləcək yeni bir məkana çatdırılıblar.
Bu missiya səyahət boyu balinaların təhlükəsizliyini və salamatlığını təmin edərək, dəqiq planlaşdırma və koordinasiya ilə həyata keçirildi.Ukraynada davam edən müharibə səbəbindən birbaşa uçuşla daşınma mümkün olmayıb.
Balinalar Ukraynadan Moldovaya quru yolu ilə daşınıb, oradan Silk Way Airlines onları təhlükəsiz şəkildə İspaniyaya çatdırıb. Silk Way Airlines xüsusi yüklərin daşınması sahəsində zəngin təcrübəsindən istifadə edərək, balinaların optimal şəraitdə daşınmasını təmin etmişdir.
Aviaşirkətin ixtisaslaşmış komandası uçuş zamanı balinaların sağlamlığına və rahatlığına nəzarət etmək üçün heyvanlara qulluq üzrə mütəxəssislər və baytarlarla sıx əməkdaşlıq edib. Bu daşınma heyvanların sabit və təhlükəsiz mühit ilə təmin edilməsi üçün nəzərdə tutulmuş xüsusi avadanlıq və konteynerlərdən istifadə etməklə yanaşı, diqqətlə planlaşdırılmış bir sıra addımlardan ibarət idi. Silk Way Airlines bu missiyanı Oceanografic və dəniz məməliləri üzrə ixtisaslaşmış beynəlxalq heyvan daşıyıcıları qrupu ilə əməkdaşlıq nəticəsində müvəffəqiyyətlə yerinə yetirdi.
Silk Way Airlines aviaşirkətinin direktorunun birinci müavini Mustafa Əzimov “Bu mühüm missiya üçün seçilməkdən şərəf duyuruq” dedi.
"Həssas və unikal yüklərin idarə edilməsində komandamızın fədakarlığı və təcrübəsi bu görkəmli canlıların uğurlu və təhlükəsiz yerdəyişməsini təmin etdi. Bu missiya ilə məşğul olan bütün xilasetmə qrupuna və xüsusən də ekipajın uçuş zamanı göstərdikləri müstəsna səylərinə görə təşəkkür etmək istərdim.
Onlar uçuşun heyvanlar üçün rahat və stressiz olmasını təmin edərək, çatdırılmanı təhlükəsiz şəkildə həyata keçiriblər. Bu əməliyyat çox mürəkkəb və məsuliyyətli idi, lakin biz birlikdə üç aya yaxın davam edən zəhmətli bir işin öhdəsindən uğurla gəldik.
İki əzəmətli balinanı xilas etmək üçün bu unikal missiyanın bir hissəsi olmaqdan şərəf duyuruq.
"Bu missiyanın uğurla başa çatması Silk Way Airlines-ın mürəkkəb logistika və xüsusi yükləri idarə etmək qabiliyyətini vurğulayır və aparıcı regional hava yükdaşıyıcısı kimi mövqeyini daha da möhkəmləndirir.
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO










