Siqaret çəkənlərə XƏBƏRDARLIQ: Yaddaşınız pozulacaq

Ohayo Dövlət Universitetinin alimləri siqaret çəkənlərdə yaddaş itkisi və çaşqınlıqda özünü göstərən koqnitiv geriləmə proqnozlaşdırıblar.
Mütəxəssislər ümumilikdə 45 yaş və daha yuxarı yaşda olan 136 000 "çox uzun müddət əvvəl siqaret çəkən", "siqareti bu yaxınlarda buraxan" və ya "hələ də siqaret çəkən" insanların günlük yaşayışını öyrəniblər.
Onlar siqaret və koqnitiv tənəzzül arasındakı əlaqə ilə maraqlanmaq üçün iştirakçılardan yaddaş pozğunluğu və ya zehni aydınlıq haqqında sualların daxil olduğu öz-özünə sorğu formalarını doldurmağı xahiş ediblər.
İştirakçıların təxminən 11 faizi subyektiv koqnitiv geriləmə olduğunu bildirib. Nəticədə siqaret çəkənlər arasında bu pozğunluqların yayılması sağlam insanlardan iki dəfə çox olub. On ildən az əvvəl siqareti tərgidənlər arasında nevroloji problemlərin tezliyi siqaret çəkməyənlərlə müqayisədə 1,5 dəfə çox olub.
Ən bariz korrelyasiya 45-59 yaş qrupunda müşahidə olunub. Tədqiqatçılar hesab edirlər ki, həyatın bu mərhələsində siqareti tərgitmək təkcə ürək-damar və tənəffüs xəstəliklərindən qoruya bilməz, həm də koqnitiv sağlamlığı inkişaf etdirə bilər. Eyni zamanda, tədqiqatın ən yaşlı qrupunda oxşar nəticələr qeydə alınmayıb. Tədqiqatçılar hesab edirlər ki, yalnız siqareti erkən buraxmaq ən böyük fayda gətirə bilər.
Təhlillər nəticəsində məlum olub ki, sorğudan on ildən çox əvvəl siqareti tərgitmiş insanlar siqaret çəkməyənlərə nisbətən subyektiv koqnitiv geriləmənin yalnız bir qədər yüksək yayılmasına malikdirlər. (lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












