Stalinin maşınını vuran sürücü qızın taleyi necə oldu? - FOTO

Stalinin sərəncamında olan avtomobillərin sayı çox deyildi. Həm də özü heç vaxt maşın sürməyib. İndi danışacağımız hadisə isə 1946-cı ildə Krımda baş verib.
Avtosfer.az-ın xəbərinə görə, “millətlər atası” Simferopoldan yaltaya gedərkən dağ aşırımında avtomobilin (ABŞ istehsalı olan Packard) qarşısına GAZ M1 markalı avtomobil çıxır. Stalinin sürücüsü peşəkar olsa da, qəzadan yayınmaq mümkün olmur. Dövlət başçısının avtomobili zədələnməsə də, M1 əzilir.
Maşından ilk düşən elə Stalin özü olur. O, əlini üzünə qoyub “bütün təqsirlər məndədir” deyir. M1-in sürücüsü olan gənc qız da maşından düşür və çaşqın halda Stalindən soruşur: siz indi necə yola davam edəcəksiniz?
Bu yerdə isə Stalin tam başqa cür davranır. O, qızı sakitləşdirərək bildirir ki, avtomobil zirehlidir, heç bir zədə yoxdur. Qızın da maşınını özü dzəltdirəcək.
Bu zaman hardansa bir milis işçisi peyda olub qızı təqsirləndirməyə başlayır. Stalinin isə yanaşması başqa cür olur. Maşında onunda birgə hərəkət edən KQB sədri Abakumova tapşırır ki, qızla bağlı heç bir təhqiqat aparılmasın. Zədələnmiş avtomobil isə təmir edilsin. Amma Abakumov çekist xislətinə uyğun olaraq qızı sorğu-sual edir.
Stalinin “Packard”ının taleyinə gəlincə: rəhbərin ölümündən sonra avtomobil bir neçə dəfə əl dəyişdi. 90-cı illərdə isə saxta sənədlə (kino çəkilişi) Ukraynaya aparıldı və hazırda bir yəhudi əsilli oliqarxın qarajındadır.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














