Stansiyada partlayış: 76 metr diametrlik çuxur açıldı, 91 nəfər öldü - FOTO

4 iyun 1988-ci il, SSRİ-nin son illəri. İttifaqda iqtisadi əlaqələr pozulur, sovet vətəndaşları həmin vaxtadək danışmadıqları təhlükəsizlik məsələsini dilə gətirirlər.
Avtosfer.az xəbər verir ki, bu gündə Qorki vilayətinin (indiki Nijeqorod) Arzamas şəhərinin dəmir yolu stansiyasında dəhşətli partlayış baş verdi. Stansiyaya yaxınlaşan yük qatarının partlaması nəticəsində 17-si uşaq olmaqla 91 nəfər öldü, 800 nəfər xəsarət aldı. Stansiya ətrafında çox sayda ev dağıldı, dəmir yolu təsərrüfatına ciddi ziyan dəydi. Hadisə nəticəsində diametri 26 və 76 metr olan 2 çuxur yarandı. 151 ev, 2 xəstəxana, 49 uşaq bağçası, 69 mağaza dağıldı.
Hadisənin nəticələrini aradan qaldırmaq üçün 15 min kub metr tullantı daşındı, 800 metr yol yenidən quruldu.
Qəza yerində aylarla işləyən komissiya faciənin dəqiq səbəbini tapa bilmədi. Öz-özünə alışmadan tutmuş terror aktınadək çox sayda versiya irəli sürüldü. İkinci versiya barədə şayiələr bütün sovet məklanını dolaşdı. Bir neçə il əvvəl də rusiyalı siyasətçilər terror aktı məsələsini yenidən gündəliyə gətirdilər.
O ki qaldı yükə, qatar Qazaxıstan şaxtaçılarına 120 ton partlayıcı daşıyırdı.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO















