Şübhələri dağıtmaq üçün ölmüş övladı ilə oynadı, sonra uşaq arabası ilə birlikdə basdırdı - VİDEO
Maraqlı
22 Sentyabr 2020 12:46

Ana şübhələrdən yayınmaq üçün əvvəlcə ölən körpəsini gəzdirib, sonra isə uşaq arabası ilə birlikdə məzarlıqda dəfn edib. Dəhşətli hadisə Rusiyanın Serpuxov şəhərində yaşanıb.
REN TV hadisə günü ilə bağlı kadrları yayımlayıb. Videodan görünür ki, binadan əvvəlcə uşaq arabası ilə qadın, ardınca isə nənə çıxır. Onlar özlərini elə göstərirlər ki, guya təmiz hava almaq üçün çıxıblar.
Bir müddət sonra qadın oğlunu uşaq arabası ilə bir yerdə basdırır.
Müstəntiqlər artıq uşağı qəbirdən çıxarıblar. Onun bədənində heç bir görünən zədə aşkarlanmayıb. Uşağın ölüm səbəbinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin olunub.
Qadının sözlərinə görə, uşaq bədbəxt hadisə nəticəsində ölüb. Belə ki, körpə nənəsi ilə birlikdə çarpayıda yatıb, səhər isə uşağın nəfəs almadığını görüb. Müstəntiqlər ananın həkim çağırıb uşağın həyatını xilas etməyə çalışmaq əvəzinə, birbaşa qəbiristanlığa yollanmasının səbəbini araşdırırlar.
Oxunub : 1626
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 15:48
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
13 Noyabr 2026 12:30
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
12 Noyabr 2026 12:00
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
12 Noyabr 2026 11:30
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
12 Noyabr 2026 10:48
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
11 Noyabr 2026 12:30
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
10 Noyabr 2026 17:02
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
8 Noyabr 2026 10:54
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
7 Noyabr 2026 00:24
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
6 Noyabr 2026 13:00
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
6 Noyabr 2026 10:30
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
5 Noyabr 2026 18:51
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
ŞƏRH YAZ












