Sultan Səncərin münəcciminin Bəlx üsyanı barədə ÖNCƏGÖRMƏSİ

Bir çox saraylarda münəccimlərin olduğu barədə kifayət qədər tarixi faktlar var. Onlar hər zaman sultanlara və şahlara gələcəkdən xəbər verir, ulduzların düzülüşünə görə öncəgörmələr edirdilər.
Avtosfer.Az ölkə.az-a istinadən Sultan Səncərə məşhur Bəlx üsyanını əvvəlcədən xəbər verən şair, münəccim varədə məlumat verir. Faktları tarixçi-alim Əkbər Nəcəf verib.
Sultan Səncər dövrünün istisnasız ən böyük şairi Ənvəri olub. Həcv ədəbiyyatının da ilk ən böyük şairi qəbul edilən Ənvəri eyni zamanda münəccim idi.
Ənvəri ulduzların gərdişinə baxaraq 548 hicri ilinin məhərrəm ayında böyük bir fəlakət yaşanacağını xəbər verir. Bu xəbər üzərinə Səlcuqlu paytaxtı Mərv təşvişə düşür. Hamı zirzəmiləri düzəldib fəlakət zamanı gizlənmək üçün özünə məxzənlər hazırlayırlar. Varlı insanlar isə sərvətləri quyularda, qazdıqları yerlərdə bastırıb gizlədirlər.
Fəlakətin gözlənildiyi tarixdə Mərv olduqca gözəl bir gün keçirdi. Hətta, sonrakı və bir sonrakı günlər də eyni gözəllikdə keçdi. Bir həftə sonra başda saray olmaqla bütün Mərv əhalisi şair Ənvərini ələ salıb gülüşməyə başladılar. Hətta Sultan Səncərin əmri ilə şairi bir eşəyə tərs oturtub şəhərdən qovdular. Ənvəri şəhəri tərk etdiyində "gec də olsa Mərvi bir fəlakət gözləyir" dedi.
Rəvayətə görə, şair Ənvəri Nişabura gəlib çatdığında ona Mərvin yerlə-yeksan olduğunu dedilər. Ancaq bir fərqlə: fəlakətə ulduzlar deyil insanlar səbəb olmuşdu. Sultan ordusunu məğlub edən Bəlx oğuzları Səncəri əsri almış və paytaxtı da talan etmişdilər. Şəhərin varlılarına bastırdıqları qızıllarını gətirmədikləri halda öldürəcəklərini buyurmuşdular. Fəlakətdən gizlətmək istədikləri qızıllarını mərvlilər öz əlləri ilə oğuzlara təslim etdilər.
Bu üsyan Böyük Səlcuqlu dövlətinə son qoyan 1153-cü il Bəlx üsyanı adlanır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












