Taksi sürmək istəyənlər üçün yeni ixtisas yaradılır?

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə xüsusi hazırlığın nəticələrinə dair qiymətləndirmənin aparılması və aparılmış qiymətləndirməyə əsasən, sürücülərə müvafiq sənədin verilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə edilib.
Bu barədə DİM-dən məlumat verilib. Dövlət İmtahan Mərkəzi iyulun 1-dən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk imtahanı avqustun 25-də keçirəcək.
İmtahanda iştirak etmək üçün DİM-ə müvafiq qurumlar tərəfindən 1800 nəfərə yaxın şəxsin məlumatları təqdim olunub. İmtahanın davametmə müddəti 1 saatdır.
İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək.
Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Maraqlıdır ki, gələcəkdə təhsil müəssisələrində taksi sürücülüyü ixtisası yaradıla bilərmi? Məsələ ilə bağlı təhsil üzrə ekspert Elmin Nuri açıqlamasında bildirib ki, taksi sürücülərinin Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan edilməsi müsbət addımdır:
"Çünki DİM ölkədə yeganə qurumlardandır ki, imtahanlar şəffaflıqla keçirilir. Lakin taksi sürücülərinin DİM tərəfindən imtahan edilməsi gələcəkdə hər hansı bir müəssisədə taksi fəaliyyətinin bir ixtisas kimi formalaşmasına əsas vermir. Bu, baş verə də bilər, bilməyə də. Sürücülük vəsiqəsini sağlamlıq imkanları uyğun olan hər kəs ala bilər. Bunun üçün hər hansı bir müəssisədə təhsil almağa qətiyyən ehtiyac yoxdur".
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə açıqlamasında bildirib ki, gələcəkdə taksi sürücülüyü fakültəsi, yaxud ixtisasının yaradılması real görünmür:

"Çünki taksi sürücülüyü elə bir sahədir ki, burada xüsusi bir tədris planı keçməyə ehtiyac yoxdur.
Sağlamlığı yerində olan hər kəs taksi sürücüsü işləyə bilər. Bunun üçün bir neçə ay, yaxud il təhsil almağa lüzum yoxdur. Gələcəkdə kreativ addımlar da atıla bilər, lakin düşünürəm ki, günümüz üçün belə bir addıma ehtiyac yoxdur".
(cebhe.info)
Sumqayıtın 50 il əvvəlki nəqliyyat sistemi indiki tələblərə necə uyğunlaşdırılıb? – ARAŞDIRMA - FOTO
192 sərnişin bilet aldı, təyyarə isə boş getdi
Bu avtomobillər uzaq məsafələrə səfərlərdə sizi yolda qoymayacaq – ARAŞDIRMA - FOTOSESSİYA
Maşını sürməsəniz də, illik 8 mindən çox xərc çəkə bilərsiz - ARAŞDIRMA
İslam Səfərli küçəsində hansı dəyişikliklər edilməlidir? – EKSPERT RƏYİ - FOTO
"8888" nömrəli lüks Mercedes Çində dəfn olundu - VİDEO
Çin yeni yanacağa sərmayə qoyur – 4 MANATA 116 KİLOMETR
Taksi sürücüsünün üsyanı: Dərdinizi mənə yox, ona danışın - FOTO
Limit yoxdur, amma almanlar sürmürlər – SƏBƏB - FOTO
Rəqqasə Fatimə Bakı metrosunda görün neylədi – VİDEO










