Taksi xidməti də bahalaşır? - Yeni qaydalar hazırlanır

Çörəyin bahalaşmasından sonra digər ərzaq məhsullarının da qiymətinin qalxacağı qaçılmazdır. Bahalaşmanın yaxın günlərdə taksi xidmətinə də təsir edəcəyi ehtimal olunur.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıvaxtı.az-a bildirib ki, bu gün Azərbaycanda taksi qiymətləri Nazirlər Kabinetinin 2019-cü ildə təsdiq etdiyi reqlament əsasında həyata keçirilir: “Bu tələblərə görə, taksi sifariş edərkən qiymət 1 manat 50 qəpikdən başlayır. Daha sonra hər kilometrə görə orta qiymət 50 qəpikdir. Hər hansı bir taksi şirkətinin bu reqlamenti pozmaq hüququ yoxdur, qiymətlər daha yüksək ola bilməz”.
Ekspert hesab edir ki, bu gün taksi qiymətləri heç də ucuz deyil, hətta Nazirlər Kabinetinin təyin etdiyi reqlamentə tələblərə görə də taksi qiymətləri ucuz sayılmır: “Çox yüksək əmək haqqı alan şəxslər üçün bu qiymət aşağı sayıla bilər, amma orta əmək haqqı alan vətəndaşlarımız üçün bu qiymətlər heç də ucuz deyil. Onu da nəzərə alaq ki, taksi qiymətləri fiks qiymətləri deyil, bunlar günün saatlarına, bayram günlərinə, hava şəraitinə görə dəyişən tarifdir. Bu səbəbdən də, fiks tarif olmayacaq”.
E.Cəfərovun sözlərinə görə, taksi qiymətlərinin yüksəlməsinə rəvac verməyən bir məsələ də var ki, bu gün pandemiya dövrüdür: “Dövlətimiz bu gün sosial yönümlü siyasət aparır. Qiymətlərin süni və yaxud bilərəkdən qaldırılmasına imkan verilməyəcək. Mən düşünmürəm ki, taksi xidmətlərində qiymətlərin yüksək artımı olsun. Onsuz da, bu gün təklif olunan taksi xidmətlərinin keyfiyyəti çox aşağıdır. Belə aşağı keyfiyyət olan yerdə düşünmürəm ki, qiymətlər çox yüksəlsin. Taksi qiymətləri yüksəlsə, Bakının ictimai nəqliyyatlarında xaos baş verər. Bilirsiniz ki, ictimai nəqliyyatdakı bərbad vəziyyət, avtobusların çatışmazlığı, ictimai nəqliyyatın əlçatan olmaması, adicə BakıKart balansının artırılmasında belə problem yaranması, terminalların dayanacaqlardan yığışdırılması fəaliyyətə təsir edir”.
Müsahibimiz bütün bunları nəzərə alaraq taksi xidnmətində qiymətlərin yüksələcəyi təqdirdə, ictimai nəqliyyata tələbin artacağını güman edir. Dediyinə görə, xüsusən avtobuslar bu tələbin öhdəsindən gələ bilməz.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












