Taksiyə minənlərin sayı BU SƏBƏBƏ sürətlə AZALIR

Azərbaycanda vətəndaşlardan daxil olan müraciətlər əsasında 65 taksi minik avtomobili daşımalardan kənarlaşdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
"Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də “141” Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları təqdim etmələri xahiş olunur.
Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlara sifarişdən imtina etmələri, eyni zamanda həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə edilməməsi və s. haqqında AYNA-ya məlumat vermələri xahiş olunur.
Taksi vasitəsilə sərnişindaşımalarda xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər araşdırılır və taksi sifarişi operatorları ilə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün tədbir görülür. Qanunvericiliyin tələblərini yerinə yetirməyən sürücülərin icazələri ləğv ediləcək", - deyə məlumatda qeyd olunub.
Məsələ ilə bağlı sosial məsələlər üzrə ekspert İlqar Hüseynli danışıb. O bildirib ki, taksi fəaliyyətinə xüsusi nəzarət mexanizmi olmalıdır və bunun necə qurulması isə ayrı məslədir:
"Hazırkı mexanizm rahat deyil. Çünki bu xidmət iki şəxs arasında, sifarişçi və sifarişi icra edən şəxs arasında baş verir. nə qədər məmur laızmdır ki, ölkədəki bütün taksilərin kondisionerlərinin işlək vəziyyətdə olub- olmamasına, sifarişdə bir nömrəli maşın göstərib, ünvana digər nömrəli maşının gəlməsi və s. məsələlərə nəzarət eləsin. Bunun yeganə you ictimai nəzarətdir və istehlakçıdan gəlməldir həmin məlumatlar. Həmin məlumatlar əsasında AYNA öz qaydalarına uyğun cəza tətbiq edir. Mən düşüürəm ki, bir şikayəti əsas götürüb taksini xidmətdən kənarlaşdırmaq, xitam vermək ədalətsiz qərar olar. Burada cəza olaraq xəbərdarlıq, yüngül cərimə etməklə taksi sürücüsünü islah etmək olar".
Ekspert bildirir ki, taksi qiymətləri fantastik qiymətə qalxıb. Əgər əvvələr hava limanına 10 manata gedirdiksə, indi bu yolu 22-23 manata yaxın getmək olu:
"Hesab edirəm ki, taksi sayı o qədər azalmayıb ki, qiyməti 2 dəfə qaldırsınlar. Bu sui- istifadədir. Mən şəxsən özüm taksidən istifadə edirdim, indi yaxın qohumlarıma, dostuma- qardaşıma deyirəm ki, məni filan yerə apar. Belə halların sayı kütləviləşir. Ona görə də taksi fəaliyyətini icra edən şirkətlər məcbur olub, rəqabətin fonunda qiiymətlərin enməsinə gedəcəklər. Bəzi hallarda şirkətlərin özlərinə cəza təyin etmək lazımdır ki, sürücülərinə texniki baxışı vaxtlı- vaxtında həyata keçirsinlər".
(referans.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












