Tapdığı 10 min dolları sahibəsinə qaytardı

ABŞ sakini tapdığı, içində 10 min dollar olan çantanı sahibəsinə qaytarıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Nyu-York sakini Riçard Tavern metroda içində 10 min dollar olan qadın çantası tapıb. O, çantanı polisə təhvil verib. Bir neçə gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ona zəng edərək, çantanın sahibəsi ilə görüşməyi təklif ediblər. Məlum olub ki, çanta əslən Qazaxıstandan olan, Amerika şirkətində işləyən Ayya Tulemaqanbetovaya məxsusdur. Qadın bu qədər pulu çantasında gəzdirməsini ölkəsində hədiyyə almaq istəməsi, Qazaxıstanda kartla ödənişin tez-tez qadağan olunması ilə əsaslandırıb.
Qadın onun xeyli miqdarda pul dolu çantasını özünə qaytaran şəxsə təşəkkür edib və Qazaxıstanda talisman sayılan və uğur gətirdiyi hesab edilən "Qızıl insan" fiqurunu Riçard Tavernə hədiyyə edib. "Mən tam əminəm ki, çantanı tapan çoxları belə də edərdilər", - deyə Riçard Tavern bildirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












