Tarixdə ilk dəfə olaraq ildırımın necə “doğulduğu” göründü - VİDEO

Amerikalı və avropalı fiziklər buludlarda ildırımın çaxmasına nəyin səbəb olduğu ilə bağlı çoxdan bəri davam edən suala cavab verə biliblər. Bunun üçün əvvəlcə astronomik müşahidələr üçün nəzərdə tutulmuş və niderlandlı mühəndislər tərəfindən hazırlanmış minlərlə kiçik radioteleskopdan ibarət aşağı tezlikli LOFAR şəbəkəsindən istifadə edib.
Bu barədə “Geophysical Research Letters” jurnalında məqalə dərc olunub.
“Bir az utancverici hal idi. Bu, planetdə ən çox enerji tələb edən prosesdir, lakin biz bunun necə işlədiyini bilmirdik”, – deyə, Niderlandın Qroningen Universitetinin ildırım tədqiqatçısı və yeni məqalənin həmmüəlliflərindən biri Brayan Hare bildirib.
Tufan buludları qeyri-şəffaf olduğundan ildırımın əmələ gəlməsi prosesini vizual olaraq öyrənmək çox çətindir. Meteozond və raketlər elm adamlarına buludların içini araşdırmaq imkanı verirdi, lakin onların da buludların içərisində olması məlumatları təhrif edildi; çünki təbii olaraq yaranmayacaq qığılcımlar süni şəkildə yaranırdı.
Tədqiqatçıların köməyinə radioastronomların alətləri gəlib. LOFAR radio teleskop şəbəkəsi əvvəlcə uzaq qalaktikaları və partlayan ulduzları öyrənmək üçün nəzərdə tutulsa da, onun Yerdə şimşək çaxmasını öyrənmək üçün də əla olduğu ortaya çıxıb.
Çəkiliş zamanı məlum oldu ki, maddiləşən ildırım görünməzdən əvvəl milyonlarla təsadüfi radio impulsları yaradır. Onların demək olar ki, hamısı ildırım buludunun içərisində 70 m dərinlikdə kiçik bir sahədən gəlir.
Tədqiqatçılar hər şeyin buludun içindəki buz kristallarının çoxluqlarından başladığına dair nəzəriyyəni təsdiqləməyə nail olublar.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












